Davudoğludan ilk Ankara açıqlaması - "Əsla geri addım atmayacayıq"

  • 18 fev 2016, 08:18
Türkiyə  baş nazir  Əhməd  Davudoğlu  Ankara terroru ilə bağlı   yazılı bəyanat verib.

Davudoğlu terror təşkilatlarına qarşı aparılan mübarizədən geri addım atmayacaqlarını bildirib.
 
"Terror təşkilatına  qarşı apardığımız  haqlı mübarizədən əsla geri addım atmayacağıq. Bu mənfur hücumu istismar edən şər mərkəzlərinə qarşı birlikdə olacağıq.

Uzun bir müddətdir ki, bir çox təhlükəli vəziyyəti  xalqımızla  birləşərək keçmişik. Bu hücumlar qarşısında ciddiyyət və həmrəyliyimizi qoruyacağıq. Türkiyə Cümhuriyyəti  ilk növbədə öz milli təhlükəsizliyini qoruyacaq, insani dəyərləri  müdafiə etməyə davam edəcəkdir. Millətimə səbir, səbir və mətanət arzulayıram" deyə Davudoğlunun bəyanatında qeyd olunur.
Oxşar xəbərlər