Valls: "Vahid Avropa layihəsi iflasa məruz qala bilər"

  • 13 fev 2016, 18:28

"Avropa İttifaqı müvafiq tədbirlər həyata keçirməsə, vahid Avropa layihəsi iflasa məruz qala bilər".

Virtualaz.org saytı TASS-a istinadən xəbər verir ki, bu sözləri Fransanın baş naziri Manuel Valls deyib.

Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı fransız diplomat Avropanın hər tərəfdən təzyiqə məruz qaldığını bildirib: "Avropa hər tərəfdən təzyiqlərə məruz qalır. O, sanki yol ayrıcındadır. Aİ mütləq tədbir görməlidir. Əks təqdirdə vahid Avropa layihəsi puça çıxacaq".

"Bizə daha güclü və fəal Avropa lazımdır. O, təhdidlərə cavab vermək iqtidarında deyilsə, bütün Avropa strukturu dağıla bilər, Avropa təhlükəsizlik layihəsi isə eqoizm və populizm dalğasının ardınca itib gedəcək", - deyə Valls xəbərdarlıq edib.

Oxşar xəbərlər