"Mən prezident olmayacam" - Mixail Saakaşvili

  • 13 fev 2016, 17:46
Odessa qubernatoru Mixail Saakaşvili deyib ki, Ukrayna prezidentliyinə namizədliyini verməyəcək.

Bu barədə o, jurnalistlərin sualına cavab verərkən deyib.

"Boş söhbətdir. Əlbəttə ki, yox. Ən qorxulu kabusumda belə bunu təsəvvür etmərəm” - Saakaşvili belə deyib.

Qeyd edək ki, Odessa qubernatoru Münhendə keçirilən təhlükəsizlik konfransında iştirak edir.

Məsəlı ilə bağlı Ukrayna daxili işlər naziri Arsen Avakov dünən "Zerkalo nedeli” qəzetinə verdiyi açıqlamsında bildirmişdi ki, Saakaşvili prezident seçkilərində yeni komanda formalaşdırmaq üçün Poroşenkoya qarşı müxalifətə keçib. 
Oxşar xəbərlər