Suriya müxalifəti Cenevrəyə gəlir

  • 30 yan 2016, 19:49
Suriya müxalifətinin 17 nəfərlik heyəti danışıqlar aparmaq üçün Cenevrəyə yola düşüb.

Bəşər Əsəd rejiminə qarşı olan siyasi və hərbi müxalifəti təmsil edən Danışıqlar üzrə Ali Komitə Suriya müxalifəti adından danışıqlarda iştirak edəcək.

Komitə üzvləri deyib ki, Cenevrəyə humanitar problemləri və Rusiya HHQ-nin bombardmanlarının durdurulmasını müzakirə etmək üçün gedirlər. Müxalifət atəşkəsin tam dayandırılması tələbi ilə çıxış etməyəcək. Lakin bazar, xəstəxana, məktəblərin Əsəd rejimi və Rusiya tərəfindən bombalanmasına qarşı çıxacaq.

Diplomatik heyətin başçısı Əsəd əl-Zoubi deyib ki, bu tədbirlər yerinə yetirilmədikcə heç bir danışıqda iştirak etməyəcəklər.

O, deyib ki, Suriya müxalifəti Con Kerrinin onlara zəng edib, tələblərini yerinə yetirmək öhdəliyi götürəndən sonra  Cenevrəyə gəlməyi qəbul edib. 

Qeyd edək ki, Suriyanın gələcəyi ilə bağlı danışıqlar 29 yanvarda Cenevrədə başlayıb. 

 

Demokratik.Az

Oxşar xəbərlər