Türkiyə sahillərində batanların sayı 39-a çatdı

  • 30 yan 2016, 19:48
Türkiyə mətbuatının yazdığına görə, Yunanıstana üzərkən Egey dənizində batan miqrantların ölü sayı 39-a yüksəlib.

Avropa.info xəbər verir ki, 60 nəfərdən çox adam xilas edilib. Ölənlər arasında bir neçə uşaq da olub. Sahil mühafizəsi xidmətindən bildiriblər ki, qaçqınlar Lesbos adasına gedirlərmiş. Son həftələr Qərbi və Şaimali Avropaya düşmək istəyən minlərlə qaçqın adaya gəlib. 

Şahidlərin sözlərinə görə, insanlar suda batan miqrantların çağırışlarından qorxuya düşüblər. 

Hadisə ilə bağlı insan qaçaqmalçılığı ilə məşğul olan bir nəfərin həbs olunduğu bildirilir. 
Oxşar xəbərlər