Yəmən prezidentinin iqamətgahı qarşısında partlayış: 8 ölü

  • 28 yan 2016, 19:57
Yəmən prezidentinin iqamətgahı qarşısında partlayış törədilib. 

Musavat.com "Sky News Arabia”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb. İlkin məlumata görə, daha 12 nəfər xəsarət alıb. 

Partlayış iqamətgahın girişində törədilib. Partlayıcı quraşdırılmış avtomobil iqamətgahın 500 metrliyindəki nəzarət-buraxılış məntəqəsinə çırpılıb. 

"İraq Şam İslam Dövləti” terror təşkiları partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. 

Oxşar xəbərlər