Rusiya, əslində, Suriyanı işğal edir

  • 26 yan 2016, 18:38
"Rusiya çox uzun müddət Suriyaya müdaxiləyə qarşı çıxdı, lakin indi o özü qatı şəkildə müdaxilə edir. Əslində, Rusiya Suriyanı işğal edir."

SalamNews-un "Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu "CNN International" kanalında jurnalist Kristian Amanpura müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, Rusiyanın indiyədək keçirdiyi bütün əməliyyatların 90%-i vətəndaşları və müxalifləri hədəfə alıb: "Rusiya məktəbləri, xəstəxanaları vurdu. Onun bombardmanından qaçan yaralılar Türkiyəyə sığınırlar.

Rusiyanın əməliyyatlarının yalnız 10%-i İŞİD-i hədəfə alıb.

Moskva hökuməti digərləri kimi sülh prosesinə kömək edə bilər."

 

Demokratik.Az

Oxşar xəbərlər