Rəsmi İraq: “Ərazinin 48 faizi İŞİD-dən azad edilib”

  • 20 yan 2016, 21:40

İraqın hökumət ordusu ölkə ərazisinin 40 faizdən çoxunu İŞİD terrorçularından azad edib. 

 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraq hökuməti yanında Məlumat Mərkəzinin başçısı al-Xadisi Səədi xəbər verib.

 

"2015-ci ildə İraq qoşunları 48 faiz ərazini İŞİD-dən tamamilə azad edə bilib”. Al-Xadisi Səədi qeyd edib ki, Ramadinin azad olması xüsusi əhəmiyyətə malikdir.

 

Anar Tağıyev