Tatarıstanda ailə faciəsi-yanğında ana və 5 uşağı ölüb

  • 09 yan 2016, 11:05

Tatarıstanın Leninoqorsk rayonunun Starıy Kuvak kəndində gecə saatlarında baş verən yanğın nəticəsində ana və 5 uşaq ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli fövqəladə hallar idarəsi mətbuat xidmətinin rəhbəri Aldrey Rodıgin bildirib.

Məlumata görə, yanğın baş verən gecə ailənin 8 üzvündən 7-si evdə olub.

"1968-ci ildə anadan olmuş ailə başçısının bədəninin 75 faizi yanıb. O, yerli xəstəxanaya yerləşdirilib. 5 uşaq və onların anası isə yanğın nəticəsində ölüb", - Rodıgin vurğulayıb.

Oxşar xəbərlər