İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağrıldı və...

  • 08 yan 2016, 08:12
İranın Ankaradakı səfiri Türkiyə xarici işlər nazirliyinə çağrılıb.

Demokratik.Az bildirir ki, xəbər verir ki,Türkiyə XİN-in yaydığı yazılı açıqlamada səfirə Səudiyyə Ərəbistanında baş vermiş edam cəzalarının İran mətbuatında Ərdoğanla bağlanmasına görə etiraz edildiyi bildirilib.

"İranın Ankaradakı səfirinə  İran rəsmi orqanlarına bağlı  bəzi mətbuat vasitələrində dərc olunan xəbərlərdə  cənab prezidentimizin ötən günlərdə Səudiyyə Ərəbistanına həyata keçirdikləri səfər ilə həmin səfərdən sonra bu ölkədə icra edilən edam cəzaları arasında əlaqə qurulmasına və birbaşa cənab prezidentimizi ittiham edən ifadələr işlədilməsini qətiyyətlə pislədiyimiz bildirdik. Səfirdən bu tip yazıların dərhal yığışdırılmasını tələb etdik" deyə Türkiyə XİN-in bəyanatında qeyd olunur.

 
Açıqlamada həmçinin, Tehran və Məşhəddə Səudiyyə Ərəbistanı diplomatlarına edilən hücumlar da pislənilib.
Oxşar xəbərlər