Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:02 - 16.08.2018  
ABŞ yeni "silah"la hücuma keçdi - 40 illik embarqonun qaldırılmasının sirri
Tarix: 4-01-2016, 12:09 | Bölmə: Xəbərlər » Dünyada

Dünya bazarında neftin qiymətinin aşağı düşdüyü bir şəraitdə ABŞ-ın Avropaya neftlə dolu tankerini göndərməsi dünyanın, xüsusilə də neft gəlirlərindən məhrum olmuş ölkələrin əsas müzakirə mövzusuna çevrilib. 

ABŞ yeni "silah"la hücuma keçdi - 40 illik embarqonun qaldırılmasının sirriDünyanın supergücünü hətta neftin qiymətinin pik həddə qalxdığı dövrdə bazara çıxarmadığı "qara qızılı”nı məhz indi, neftin "su qiymətinə” satıldığı bir vaxtda bazara çıxarmasının siyasi motivlərlə bağlı olduğu artıq heç kimdə şübhə doğurmur. Yalnız 40 illik fasilədən sonra ABŞ neftin ixracına tətbiq etdiyi embarqonu ləğv edib və ilk neft partiyasını Texas  ştatından İtaliya limanına - İsveçrə-Niderland birgə şirkəti olan "Viol” üçün göndərib. Növbəti tanker isə bu günlərdə hərəkətə keçəcək. 

Eyni vaxtda sanksiyaların ləğvi ilə əlaqədar Avropa bazarının İran neftini qəbul etməsi və Tehranın qiymət 20 dollara düşsə belə, neft hasilatını artıracağını bəyan etməsi dünyada yeni situasiya yaradıb. İranın Neftkimya ticarət şirkətinin direktoru Mehdi Şərif Niknafs deyib ki, onun şirkəti artıq satışdan gələn ilk ödənişi İspaniya banklarının birindəki hesabına alıb. "Bu, beş il sürən sanksiyaların ləğvindən sonra İran neftinin ilk ixracıdır”, - deyə o, qeyd edib. Düzdür, ABŞ İranı yeni sanksiyalarla təhdid edir, lakin bu hədələrin İran  neftinin ixracına təsir edəcəyi inandırıcı görünmür. Mövcud vəziyyət digər neft ölkələri ilə yanaşı, Azərbaycan üçün də yeni situasiya yaradır. Ekspertlər  xüsusilə də ABŞ neftinin dünya bazarına çıxmasını ciddi hadisə  sayır. 

Sabiq maliyyə  naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov Musavat.com-a mövcud vəziyyəti şərh edərkən öncə xatırlatdı ki, ABŞ son onillliklər ərzində uzaq perspektivlərə hesablanmış siyasi gedişlərlə bir çox istəklərini reallaşdıra bilib: "Belə siyasi gedişlərin ən böyük uğuru isə Sovetlər Birliyini möhkəm valyuta gəlirlərindən məhrum etmək yolu ilə çökdürmək olmuşdu. Bu gün dünya siyasi və iqtisadi müstəvisində hegamonluğunu davam etdirən ABŞ öz mövqeyini daha da möhkəmləndirmək və hər kəsi özü ilə hesablaşdırmaq yolunda ciddi addımlar atır. Sovetlər Birliyinin dağıdılmasında istifadə olunmuş taktika daha geniş və müfəssəl bir formada Rusiyaya qarşı işə salınıb. ABŞ-in neft ixracına qoyulmuş 40 illik qadağanın ləğv edilməsi və İran neftinin ixracına qoyulan embarqonun aradan qaldırılması, bunların eyni vaxtda baş verməsi nə qədər təsadüf ola bilərdimi? Başqa bir misal. ABŞ-n ən yaxın tərəfdaşı sayılan Səudiyyə Ərəbistanı 2016-cı il büdcəsində büdcə gəlirlərinin 64%-i səviyyəsində kəsr proqnazlaşdırmağa məcbur oldu. Buna səbəb neft gəlirlərinin kəskin azalmasıdır. Ancaq Səudiyyə Ərəbistanının OPEK-dəki aparıcı rolu və ora üzv olan ölkələrə təsir gücü imkan verir ki, neftin qiymətinin dünya bazarlarında qaldırılması yolunda zəruri ola biləcək qərarlar qəbul etsin. O isə bunu etmək əvəzinə, öz büdcəsini fantastik həddə kəsrlə planlaşdırır və birdən-birə ölkə daxilində benzinin qiymətini 40% qaldırır. Bütün bunlar ABŞ-ın istəyinə uyğun olaraq atılan addımlardır. Yəni bu addımlarla Səudiyyə Ərəbistanı öz müttəfiqinin istəyini reallaşdırır. Bu istəyin mahiyyəti isə çox sadədir - neftin qiymətlərinin maksimum aşağı salmaq yolu ilə ipə-sapa yatmayan Rusiyanı ram etmək və daha real olan isə onu birdəfəlik çökdürmək”. 

F.Yusifovun fikrincə, bu yolda hələ ki, hər şey ABŞ-n cızdığı senari ilə gedir: "Neftin qiymətləri sürətlə 20 dollar hədəflərinə üz tutub və çox güman ki, bu qiymətlərin həmin səviyyədə saxlanılması müddətinin də qısa olmayacağı proqnozlaşdırılıb”. 

Bu vəziyyətdə Azərbaycanı gözləyən perspektivlərə gəldikdə, sabiq nazir bildirdi ki, neftin qiymətləri ətrafında baş verənlərlə əlaqədar bir neft ölkəsi olaraq biz də bir xeyli gəlirlərdən məhrum olmuşuq: "Baş verən proseslərin acı nəticələri artıq bizdə də özünü göstərməyə başlayıb. Manat bu günlərdə öz dəyərinin 50%-ə qədərini elə bu səbəbdən itirdi. Çıxış yolu isə ixracyönlü məhsulların istehsalını maksimum stimullaşdırmaqdan, turizmi inkişaf etdirməkdən, tranzit yükdaşımalara geniş meydan açmaq yolu ilə ölkəyə daha çox valyuta axınını təmin etməkdən keçir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov isə açıqlamasında neftin bolluğuna diqqət çəkərək bildirdi ki, hal-hazırda dünya neft içərisində üzür: "Gündəlik istehlak 94 milyon barreldən az olan dünya bazarında təklif 97 milyon barreldən çoxdur. Hər gün dünya bazarında 3 milyon barrel artıq neft çıxarılır. Bu isə qiymətin aşağı düşməsinin əsas iqtisadi səbəblərindədir. Doğrudur, hasilatın çox olmasının siyasi səbəbləri də var. Amma reallıq bundan ibarətdir ki, neft hasilatı və təklifi yüksək olaraq qalmaqdadır. 

Gündəlik 9.3 milyon barrel xam neft hasil edən ABŞ-ın Avropa bazarına çıxması neftin qiymətinə iqtisadi təsirdən daha çox psixoloji təzyiq göstərir. Birləşmiş Ştatların gündə 7 milyon barrel neft idxal etməsinə baxmayaraq, okeanın o tayından köhnə qitəyə neft ixracı həyata keçirilməkdidr. ABŞ eyni zamanda idxalın struktrunu da şaxələndirilməsinə nail ola bilib. 2008-ci ildən sonra gündəlik idxalınin 7.8 milyon barrel azaldan Birləşmiş Ştatların neft importunda heç bir ölkə dominant deyil. ABŞ idxalında 12 faizlə ən yüksək paya malik olan Kanadanı 11 faizlə Sədiyyə Ərəbistanı və digər ölkələr izləyir. Deməli, idxalda praktik olaraq heç bir ölkədən asılı olmayan Birləşmiş Ştatlar Avropa bazarına çıxmaqla qiyməti diqtə edən gücdür. OPEK və xüsusən də Səudiyyə Ərəbistanı ABŞ bazarını itirməkdən ehtiyatlanaraq okeanın o tayından gələn müsiqi ilə "oynayır”. 

Bu baxımdan neftin qiymətlərinin kəskin azalmasında və dünya bazarında "qara qızıl” bolluğunun yanaşmasına baxmayaraq, ötən ay keçirdiyi yığıncaqda OPEK hasilatın azaldılması deyil, artırılması haqda qərar qəbul etdi. Bu da 2016-cı ildə neftin qiymətinin yükəsələcəyinə ümidli olan ölkələri və şirkətləri xeyili bədbinləşdirdi. ABŞ və İranın Avropa bazarına çıxışı neftin dünya bazar qiymətinin yaxın müddətdə artmayacağından xəbər verməklə yeni və daha kəskin qiymət azalmalarının olacağını da istisna etmir. Güman edilir ki, neft bazarındakə təklif təzyiqi qiymətlərin azalmasını şərtləndirəcək”. 

V.Bayramov bildirdi ki, neftin dünya bazar qiymətinin azalması və aşağı səviyyədə qalması Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir: "Neftin dünya bazar qiyməti yüksək olan dövrlərdə ixracatının 95 faizini neft və neft məhsulları təşkil edən ölkəmizin gəlirləri son 1 ildə 3 dəfə azalıb. Manatın devalvasiyası Azərbaycan ÜDM-nin son 1 ildə dollar ifadəsində 2 dəfə azalmasına səbəb oub. 

Bu baxımdan neftin dünya bazar qiyməti aşağı qaldıqca bu, iqtisadiyyatımıza mənfi təsir göstərmərklə daxildə valyuta qıtlığı yaradacaq. Bu isə manata olan təzyiqin daha artmasına səbəb olacaq. Əslində, neftin dünya bazar qiymətinin azalması Azərbaycan üçün bütün sahələrə əhatə edəcək islahatların aparılması üçün mesaj olmalıdır. İndiki mərhələdə parallel olaraq iki fəaliyyəti həyata keçirilməsinə ehtiyac var. ÜDM-də xarici borcun payının 20 faiz olduğunu nəzərə alsaq, Azərbaycanın daha 10 milyard dollar xarici borc cəlb etməsi borc asılılığmızı artırmayacaq. Bu xarici borcun payının beynəlxalq maliyyə qurumları tərəfindən tövsiyə edilən həddə olmasına imkan yaradacaq. Qeyd etmək lazımdır, xarici borcun ÜDM-də payına görə Azərbaycan MDB-də ən yaxşı göstəricilərə malik olan dövlətlərdəndir. Bu isə borclanma limitimizin olmasından xəbər verir. 

Təbii ki, 80-100 milyard dollarlıq borcun alınması ilə bağlı fantastik təkliflər heç bir halda müzakirə edilə bilməz və bu ölkəni ciddi borc asılılığına sürükləyə bilər. Məqbul borclanma valyutaya olan cari tələbin ödənilməsi üçün vacibdir. Buna parallel olaraq isə xarici ticarət daxil olmaqla iqtisadiyyatın bütün sektorlarındakı monopoliya tamamilə aradan qalıdırlmalıdır. Azərbaycan iqtisadiyyatının tamamilə liberallaşması və elektronlaşması həyata keçirilməlidir”. 

İqtisadçı vəziyyətdən minimum itkilərlə çıxmaq üçün aşağıdakı amilləri də nəzərə almağı vacib sayır: "Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük prosesi sürətləndirilməlidir. Kadr potensialının artırılması daxil olmaqla hökumət strukturlarını əhatə edəcək struktur islahatıarın genişləndiriıməsinə ehtiyac var. İslahatlar strateji hədəflərə çatmaq üçün vacibdir. Çünki geniş miqyaslı islahatlar qısa deyil, orta və uzun müddət ölkəyə valyuta daxil olmasına imkan verir. Bu baxımdan, borclanma taktiki, islahatlar isə strateji əhəmiyyət daşımalıdır. Yalnız bu halda Azərbaycan neftin dünya bazar qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsirlərini minimumlaşdıra bilər. Bütün hallarda isə neftin dünya bazar qiymətinin aşağı düşməsi fonunda öncədən proqnozlaşdırıldığı kimi bu il iqtisadi baxımdan asan olmayacaq”.

Faktiki olaraq ABŞ rəqiblərini və ya maraqları kəsişən ölkələri yeni "silah”la - neftlə vurmağa başlayıb. Şübhə yoxdur ki, bu, dolların kəskin bahalaşmasından sonra neft ölkələrinə, xüsusilə də ABŞ-ın əbədi rəqibi Rusiyaya qarşı hesablanmış ssenaridir. Ancaq Azərbaycan da bu prosesdə xeyli vəsaitdən məhrum olacaq…
Xəbər 1914 dəfə oxunub






Oxşar xəbərlər

Muxtar Babayev 1000-ə yaxın işçini İXTİSAR ETDİ
Eldar Namazov Xəzər anlaşmasını şərh etdi
Paşinyanın 100 gününə sürpriz - çörək bahalaşdı
Məcburi köçkün məktəbləri və təhsilalma ayrı- seçkiliyi - EKSPERT SƏRT DANIŞDI - VİDEO
Bürcünüz– 16 avqust
Vitse prezident: “Türkiyə səhv yoldadır...”
Nazir aqrar sahənin inkişafından danışıb
Bu, Mehriban Əliyevanın xidmətidir - FOTO
Hacı Şahindən ŞOK açıqlama - Video - namaz qılan, araq içən..
Merkeldən Ərdoğana dəstək zəngi - "Güclü olmağınız..."
"Qırmızı siyahı"dakı o terrorçu məhv edildi
Bakıda intihara cəhd - 4 nəfər birdən
Azərbaycanda porno saytları hansı qurum bloklayıb? (RƏSMİ)
Gülxar Həsənova 100! - Prezident sərəncam verdi
İsraildə “Eurovision”un taleyi həll olundu
Dünya Azərbaycanlılarından "QARABAĞ-TV" - yə dəstək ifadə olunub - VİDEO
Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq istəyir
Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
Fazil Mustafa Ərdoğanın ABŞ-a dirənişindən yazdı: "Haqlıdır!"
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Bakıda 19 ünvanda piyada keçidləri inşa ediləcək
Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı
Mövlud Mövluda həsr edilən qısa film - Video
Türkiyədə dolların məzənnəsi 6 lirədən aşağı düşüb
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Jurnalist Səbuhi Məmmədli intihara cəhd edib - Reanimasiyadadır
Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Tramp sabiq köməkçisinə “it” dedi
Soyunub maşın yuyan qız danışdı – FOTOSESSİYA OLUB
Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR
Diplomatların Bakı səfəri: Nələr gözlənilir?
Türkiyədə şok gəlişmə - NATO-nu tərk edə bilər
Fernando Alonso "Formula-1"i tərk edir
Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"
Azərbaycanın ixrac etdiyi qara kürüyə nəzarət gücləndirilməlidir!
İqtisadçı-ekspert: “Dollar hansısa əmrlə dünya valyutası olmayıb...”
ULDUZ FALI - 15 AVQUST
Bakıda güllələnən kriminal avtoritetin FOTOLARI
Nazirdən YENİ TƏYİNAT
“Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – ekspert
700 bal toplayanlara telefon hədiyyə verildi
Taliban Əfqanıstanda hərbi bazanı ələ keçirdi
Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq
Bakıda da dollar yandırdılar - VİDEO - YAŞASIN ƏRDOĞAN!
Füzulidə yol tikintisinə 4,7 milyon manat ayrıldı
DİN və Ekologiya Nazirliyi Xəzərin sahilində reyd keçirdi - 65 minlik CƏRİMƏ
Abşeronda oğurluq: Zərərçəkmiş narkomanlardan şübhələnir - ŞİKAYƏT
Türkiyənin ordu generalı Bakıya gəldi – Foto
Bakıda biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular - VIDEO
Adnan Oktar cinayətində ŞOK - MASON DETALI
"APA niyə bağlandı?"- Eynulla Fətullayev yazdı, Vüsalə Mahirqızı cavab verdi
Putin Almaniyaya gedir
FHN generalının otellər şəbəkəsi üzə çıxdı – FOTOLAR
Bakıda avtobusda biabırçılıq – Söyüş və...(VİDEO)
İlqar Məmmədov: "Tam gözləntim yox idi" - VİDEO
Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
"Qarabağ TV"-də şəhidlər danışır: - "Qisasımızı alın qanımız yerdə qalmasın!" (VİDEO)
"Çukur"un “Vartolu”su məşhur aktrisa ilə evləndi - Fotolar
Fədayə danışdı: "Gecələr yata bilmirdim"
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
"Zəhləm gedir öz doğum günümdən..."
Ərəblərin zorladığı deputat özünü öldürdü - VİDEO
Peskov: "Ərdoğan Putindən kömək istəməyib"
Oğru qrupun daha bir üzvü saxlanıldı – Bakıda
Mingəçevirdə zəhərlənmə olub - Nişanda
İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”
Faciə - Toy günü gəlin öldü, bəy isə...
YAP-çı deputat atmaca atdı: “Allah İlqar Məmmədova ağıl versin!”
30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14916] initstartout [0.00025] initstartin [0.00129] calstart [0.01309] calend [0.00046] topnewsend [0.00333] rsssend [0.00000] ehgend [0.04366] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08652]