Avropaya axın edən miqrantların sayı 5 dəfə artıb

  • 29 dek 2015, 22:20

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Avropada yaşayan Suriyalıların sayı ötən ilə nisbətən təxminən 5 dəfə artıb.

Demokratik.Az-ın əldə etdiyi xəbərə əsasən,ötən il 137 min 947 suriyalının yaşadığı Avropada bu il bu rəqəm 681 min 713-ə yüksəlib. 
Avropaya məcburi köç edən suriyalıların əksəriyyəti Serbiyaya və Almaniyaya yerləşib. Serbiyada ümumilikdə 205 min 578, Almaniyada isə 153 min 655 suriyalı yaşayır.
Serbiya və Almaniyadan sonra suriyalıların ən çox yerləşdikləri ölkələr isə İsveç, Macarıstan, Avstriya və Hollandiya olub.
İsveçdə 93 min 268, Macarıstanda 71 min 845, Avstriyada 27 min 379, Hollandiyada isə 22 min 159 suriyalı yaşayır.
Suriyalıların ən az köç etdikləri ölkələr isə Latviya , Estoniya və Litva olub.
Qeyd edək ki, Latviyada 89,Estoniyada 27, Litvada isə 29 suriyalı yaşayır.