NATO Rusiyanın milli təhlükəsizliyinə təhdiddir-Rusiyadan açıqlama

  • 29 dek 2015, 20:46
NATO Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratmaqda davam edir.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunları ilə bağlı məlumatında deyilir.
 
"NATO rəhbərliyi tərəfindən götürülən kurs - Şərqi Avropa və Baltikyanı dövlətlərdə hərbi mövcudluğun artırılması, Rusiya sərhədlərinə yaxın keçirilən təlimlərin say və intensivliyinin artırılması kimi yaranan təhdidlər müəyyən tədbirlərin görülməsinə gətirib çıxarıb. NATO rəhbərliyi və üzv dövlətlərlə aparılan ikitərəfli dialoqlarda bunun mənfi təsirləri və bütün Avropa üçün daşıdığı potensial risklərə aydınlıq gətirilib. Xüsusən, Avropa təhlükəsizlik məkanının parçalanmasına gətirib çıxaracaq Monteneqronun  NATO-ya qəbulu məsələ müzakirə olunub”, - deyə məlumatda vurğulanıb.
 
Demokratik.Az