Türkiyə Krım tatarlarına hərbi yardıma başladı

  • 27 dek 2015, 23:06

Türkiyə Müdafiə Nazirliyi Ukraynanın yaradacağı yeni könüllü batalyonlara hərbi yardım etməyə başlayıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında məşhur biznesmen Lenur İslamov söyləyib. Onun sözlərinə görə, Noman Çələbicixan adlanacaq batalyonun tərkibinə Krım tatarlarının nümayəndələri daxil ediləcək: "Bu batalyonlara maliyyə əsasən könüllülərdən daxil olur. Ankara bu batalyonların sadəcə təchizatını həyata keçirir. Yaxın günlərdə batalyonlar üçün paltar və ayaqqabılar göndəriləcək. Yeni hərbi bölmənin tərkibinə 560 adam daxil olacaq”.

Qeyd edək ki, Lenur İslamov Krımın blokadasının əsas təşkilatçılarından biridir.