NASA-dan İstanbul üçün təhlükəli hesabat

  • 26 dek 2015, 21:10

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) ətraf mühitin çirklənməsi ilə bağlı peyk xəritələrini yayıb.

Son 10 ildə İstanbuldakı nəzarətsiz artım üzündən havanı çirkləndirən azot dioksid 50 faiz artıb.

Məlumata görə, çirklənmə paytaxt Ankarada 30, İzmirdə isə 10 faizə qədər yüksəlib.

ABŞ və Qərbi Avropada isə bu prosesin 10 il əvvəllə müqayisədə 50 faiz azaldığı məlum olub.

NASA araşdırmaçıları 2005 və 2014-ci illərdə dünyanın müxtəlif bölgələrindəki 195 fərqli şəhər arasında havanın çirklənməsini müşahidə edərək müqayisələr aparıblar.

NASA peyklərinin təsbit etdiyi atmosferik qazlardan biri olan sarı-qəhvəyi rəngli azot dioksid, avtomobil tüstüsü, enerji stansiyaları və sənaye tullantıları nəticəsində ozon təbəqəsinin altına yerləşərək şəhərlərdə böyük çirklənməyə səbəb olur.