Azərbaycanlı milyarder Pribaltikadakı yanacaqdoldurma məntəqələrini satır

  • 25 dek 2015, 20:44
Rusiyanın "LUKoil" şirkəti Litva və Latviyadakı yanacaqdoldurma məntəqələrini satmağı planlaşdırır.

Bu barədə şirkətin prezidenti Vahid Ələkbərov "Rossiya 24" kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu qərar həmin ölkələrdəki Rusiya əleyhinə mövqe ilə bağlıdır.

Qeyd edək ki, şirkət Estoniyadakı aktivlərini artıq satıb.

V.Ələkbərov Rusiya-Türkiyə arasında yaranan siyasi gərginliyin isə "LUKoil"in bu ölkədəki fəaliyyətinə neqativ təsiri olmadığını və Türkiyədəki aktivlərini satmaq niyyətində olmadığını bildirib.

Report
Oxşar xəbərlər