Yəhudi dövləti Türkiyəyə qaz kəməri çəkəcək

  • 20 dek 2015, 17:31
Demokratik.Az Reporta istinadən xəbər verir ki,Türkiyə ilə İsrail arasında əlaqələr bütövlüklə normallaşsa iki ölkəni birləşdirəcək yeni qaz kəməri 2019-cu ilə qədər inşa edilə bilər.

Türkiyəli ekspertlər hesab edir ki, ilk növbədə İsrailin dəniz yataqlarında fəaliyyət göstərən "Delek" və "Nobel" şirkətləri ilə Türkiyənin BOTAŞ vəya "Türk Petrolleri" şirkətləri arasında razılaşma əldə edilməlidir.

"Əgər 2016-cı ilə qədər enerji danışıqları yekunlaşsa və gələn il müvafiq müqavilə imzalansa, İsrail Türkiyəyə gündə 30 milyon kubmetr qaz ixrac edə bilər. Bunun üçün ilk növbədə yataqlarda əlavə qurğular inşa edilməli və sondaj işləri aparılmalıdır. Bununla yanaşı 475 kilometr uzunluğunda qaz kəməri də inşa edilməlidir", - deyə ekspertlər əlavə edir.

Xatırladaq ki, dekabrın 18-də Türkiyə ilə İsrail rəsmiləri dövlətlərarası əlaqələrin normallaşmasına dair ilkin razılığa gəliblər. Razılaşma diplomatik münasibətlərin bərpasını və səfirlərin paytaxtlara qayıdmasını da nəzərdə tutur.

 

Demokratik.Az