Filippində daşqın qurbanlarının sayı 35-ə çatıb

  • 19 dek 2015, 11:25

 

Filippin prezidenti Beniqno Akino ölkədə milli fəlakət vəziyyəti elan edib

 

Filippində leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində qurbanların sayı 35-ə çatıb.

Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

Pis hava şəraiti ilə bağlı prezident Beniqno Akino ölkədə "milli fəlakət" vəziyyəti elan edib.
Ən çox zərər arxipelaqın cənubunda yerləşən Mundanao adasına, eləcə də Visay adalarına dəyib.

Leysan yağışlarına bu həftənin əvvəlində Filippində başlayan "Nona" qasırğası səbəb olub. Daşqın təhlükəsinə görə, ölkənin mərkəzi rayonlarında yaşayan ən azı 800 min. sakin təxliyyə olunub. Bundan başqa, bir çox rayonlarda elektrik cərəyanı kəsilib, milyonlarla insan işıqsız qalıb.