Kürd lider Öcalan fəxri vətəndaşlığa layiq görülüb

  • 14 dek 2015, 20:43
PKK-nın həbsxanadakı lideri Abdullah Öcalana həbs olunmazdan əvvəl sığındığı İtaliyanın Palermo şəhərinin bələdiyyəsi tərəfindən fəxri vətəndaşlıq verilib.

Palermo bələdiyyəsindən verilən açıqlamada "Öcalanın şəxsində bu vətəndaşlıq Kobani dirənişinə və demokratik konfedralizmə verilib" - deyə bildirib.

Rəsmilər mükafatın verildiyi 12 dekabr tarixinin xüsusi bir gün olduğu üçün seçildiyini bildirib.

Belə ki, həmin tarixdə 17 nəfərin ölümünə, 88 nəfərin yaralanmasına səbəb olan hadisə italiyanlar tərəfindən yəni dövlətin ilk terrorçu hücumu olaraq adlandırılıb.

Aygün SƏFƏRLİ
Musavat.com
Oxşar xəbərlər