Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:49 - 22.10.2019  
Dünya Mosul uğrunda nədən savaşır?
Tarix: 12-12-2015, 22:23 | Bölmə: Xəbərlər » Dünyada

Dünya "neft okeanı” üzərində yerləşən bölgə uğurunda savaş başlayıb, hər kəs savaşa daha güclü başlamağa çalışır

 

İraqın ikinci böyük şəhəri, 2014-cü ilin iyununda İŞİD-in əlinə keçmiş Mosul şəhəri ətrafında Türkiyə və İraq arasında gərginlik davam edir. Türkiyə hakimiyyəti ən yüksək səviyyədə hərbi qüvvələrin Mosul ətrafında qalacağını bir daha bəyan edib. 

İraq hökuməti isə Türkiyə ordusunun Mosul ətrafındakı hərbi bazanı suverenliyə təhdid olaraq qiymətləndirib. İraqın ən nüfuzlu dini lideri Ayətullah Sistani də nümayəndəsi vasitəsilə Türkiyə ordusunun Mosula yerləşdirilməsini qınayıb. İraqda ən güclü silahlı birləşmələrdən birinə sahib olan nüfuzlu şiə ruhanisi Müqtəda əs-Sədr cümə günü çıxışında Türkiyə ordusunun Mosula yerləşdirilməsini "işğal” olaraq dəyərləndiirb. Müqtəda əs-Sədr deyib ki, əgər hökumət lazım olan işləri yerinə yetirməsə, o zaman onlar Türkiyə hərbçilərinə qarşı savaşacaqlar. 

Artıq ölkənin əsas vilayəti olan Bəsrədə Türkiyə mallarının boykot edilməsi, türk şirkətlərinin sifarişlərinin ləğv olunması barədə qərar verilib. Vəziyyətin günü-gündən daha da gərginləşməsi göz önündədir.  İstər-istəməz belə bir sual yaranır: Mosul nədən bu qədər diqqət mərkəzindədir? İraq mərkəzi hökumətinin mövqeyi aydındır, bəs İŞİD, kürdlər, Türkiyə, İran, ABŞ-ın Mosula olan marağının arxasında nə dayanır? 

Mosul nədən bu qədər önəmlidir?

İraqın şimalında, Türkiyə sərhədlərinə yaxın ərazidə, Dəclə çayının sahilində yerləşən Mosul şəhəri qədim tarixə sahibdir. 637-ci ildə Mosul müsəlmanların əlində keçən Mosul müsəlman şəhəri olur. Daha sonra 1055-ci ildə İraqın işğalı ilə səlcuqların tabeliyinə keçən Mosul 1517-ci ildə Osmanlı işğalından 1918-ci il - ingilislərin işğalına qədər – türklərin hakimiyyəti altında olur. 


Osmanlı dönəmində indiki İraq əraziləri vahid bir əyalət olaraq deyil, Bağdad, Mosul və Bəsrə əyalətlərindən ibarət olub. Mosul Osmanlı dönəmində əyalət mərkəzi olaraq Türkiyə sərhədlərinə ən yaxın bir əyalət olmaqla yanaşı, eyni zamanda etnik tərkibinin böyük bir qismi türk olması səbəbindən xüsusi əhəmiyyət daşıyırdı. Bu səbəbdən də 1920-21-ci illərdə Türkiyə liderləri, xüsusən də Atatürk Mosulun Türkiyə sərhədlərinə qatılması üçün cidid şəkildə çalışır. Ancaq Mosulda neft və qaz yataqlarının tapılması, ingilislərin bu bölgəyə marağını artırmışdı, nəticədə Mosulun taleyi başqa cür həll olunur. 

Lozan danışıqlarında Mosulun taleyi ilə bağlı ortaq razılığa gəlmək mümkün olmadığı üçün Britaniya və Türkiyə arasında uzun sürən danışıqlardan sonra 1926-cı ildə Mosulun taleyi ilə bağlı ortaq razılaşma əldə olunub və Mosul ingilislərin uzun sürən indaından sonra İraq ərazisində - ingilislərin nəzarətində - qalıb.

Qeyd edək ki, Mosulu 1918-ci ildə ingilislər işğal etsə də, bu bölgədə ilk dəfə nefti 20-ci əsrin əvvəllərində almanlar tapıb. Lakin Birinci Dünya Savaşında almanların məğlubiyyəti Mosulun başqa bir imperiyanın – ingilislərin əlinə keçməsinə səbəb oldu. Neft ehiyatlarına görə dünya lideri olan İraqda Mosul ən önəmli bölgələrdən birini təşkil edir. Məsələn son olaraq İraqda ən çox neft isstehsalı – gündəlik 2,5 milyon barrel – 1991-ci ildə qeydə alınıb. Həmin vaxt Mosul və Kərkükdə 1 milyon barrel, yəni İraq neftinin 40 faizi istehsal olunub. 

Bütövlükdə İraq təsdiq ounmuş 150 milyard və ehtimal olunan əlavə 250 milyard barrel neft ehtiyatları ile bir çox sahə mütəxəsisslərinə görə, hətta Səudiyyə Əərbstanı kimi neft nəhəngini də geridə qoyaraq gələcək dünyanın əsas eneri "akkumulyatoru” rolunu oynayacaq. Bu üzdən sə savaşların İraq və ətrafında davam etməsi qaçılmazdır. 

Türk şəhəri Mosul
Dünya Mosul uğrunda nədən savaşır?
Türklərin Mosula gəlişi İslamiyyətin ilk illəri hesab olunur. Ötən dönəmdə də qeyd etdiyimiz kimi, bu şəhərdə türklər, daha doğrusu türkmənlər əhalinin böyük əksəriyyəti olmasa da, ağırlıqlı bir qismini təşkil edib. Lozan danışıqları zamanı türklər və ingilislər Mosulla bağlı fərqli statistika ortaya qoyurlar. Ancaq hər iki statistikada türklər Mosulda kürd və ərəblərlə yanaşı böyük çoxluq təşkil edirdi.

Sonrakı illərdə Türkiyə anlaşmaya uyğun olaraq 1941-ci ilə qədər Mosulda çıxan neftin 10 faizilik gəlir payı alıb. Ancaq sonradan Mosul tamamilə İraqın nəzarətinə keçir. 
Mosul 2014-cü il iyunun 10-da İŞİD tərəfindən işğal olunur. Bununla da faktiki olaraq İraq bölünmüş olur. Türkiyə sərhədlərindən Mosula olan məsafə 70 kilometrə yaxındır. Mosulun ələ kçeirilməsindən sonra şəhərin yenidən geri alınması məqsədilə bölgədə sünni aşirət silahlıları, kürd peşmərgələri və türkmənlərə təlim keçmək üçün Türkiyə hökuməti Mosuldan 32 kilometr məsafədə yerləşən Başika bölgəsində təlim düşərgəsi qurur. Düşərgədən ən yaxşın İŞİD səngərinə 10 kilometr məsafə var. Daha öncə düşərgədə 90-160 arası jandrama və komanda qüvvələri olsa da, sonradan bu qüvvələr artırıldı. Axırıncı dəfə 400 hərbçinin olduğu Başikaya son yerdəyişmə zamanı 600 hərbçi, o cümlədən 25 tank göndərdi. Ankara bu rəqəmin 1000-dən çox olacağını elan etməsindən sonra İraqdan sərt etiraz gəldi. 
Türkiyə hökuməti bu hərbçilərin yerli əhalinin və Bağdadın istəyi üzərinə, Mosulun azad edilməsi üçün hərbi birliklərin hazırlanması məqsədi ilə göndərildiyini, əsas məqsədin İraqın ərazi bütövlüyünü pozmaq deyil, əskinə terrora qarşı dəstək vermək olduğunu bəyan edir. İraq hökuməti isə Türkiyənin bu bölgə üzərindəki tarixi hüququnu və eləcə də Türkiyənin Britaniya ilə bağlı Mosul anlaşmasının bəzi detallarına görə, Mosul üzərində Türkiyə hakimiyyətinə yol aça biləcək hüquqi məqamları bildiyi üçün narahatdır. 
Dünya Mosul uğrunda nədən savaşır?
Əslində isə məsələ İraq və Türkiyə münasibətləri, eləcə də terrora qarşı mübarizə kontekstindən çox kənara çıxır. İraq dünya enerji "okeanı” üzərində yerləşir və regionda yeni imperislist savaş gedir. Türkiyə bu savaşda əvvəlki kimi tərəflərdən birinin müttəfiqi kimi deyil. Müstəqil oyunçu kimi, iddialı çıxış etmək fikrindədir. Bu mənada hər nə qədər təlim mqəsədli olsa da, Türkiyə ordusunun 1000 nəfərlik zirehli texnika və hərbi aerodrom tikilən baza qurması daha davamlı və iddialı bir strategiya yürütməyə çalışdığını göstərir. Qətərin ardınca Yaxın Şərqdə Türkiyə ikinci və çox mühüm bir strateji yeri və enerji ehtiyatlarıbaxımından önəmli bir ölkədə hərbi varlığını yaradır. Davudoğlunun Bakıda işarə etdiyi kimi artıq Türkiyə "daha uzağa ox atmaq üçün, yayı çox geriyə çəkir”.

Digər tərəfdən İraqda, yəni ölkə sərhədlərindən kənarda baza qurmaq Türkiyənin həddən artıq həssas regionda təsir gücünə malik və kürd silahlı qrupların fəaliyyətinə təsir etmək baxımından lazmıdır. Bununla da Türkiyə əslində buna qədər ölkə içində apardığı mübarizəni sərhədlərdən kənara çıxmaq, ənənəvi rəqibləri ilə onların "meydanında”, ya da ən azından "neytral meydanda” oynamaq imkanı verəcək.

Amma Türkiyənin cümhuriyyət tarixində ilk və ən iddialı strateji açılımının elə də rahat olmayacağıaydındır. Hətta müttəfiq ölkələri olan ABŞ və Avropa ölkələrinin qısa zaman üçün təmkinli qarşılasalar da, Türkiyənin Yaxın Şərqdə güc mərkəzinə, təsirli ölkəyə çevrilməsinə razı olması real görünmür. Çünki daha öncə Liviya, Misir hadisələri, o cümlədən Suiryanın şimalı ilə bağlı məsələdə Qərb Türkiyənin daha müstəqil və iddialı siyasət yürütməsinə imkan vermədilər. 

Ancaq heç şübhəsiz ki, bu mövzuda Türkiyənin əsas rəqibi İran və Rusiya olacaq. Rusiy ahələ sovet vaxtından İraqda neft istehaslı prosesində fəal iştirak edib. Son illərdə də Rusiyanın neft şirkətləri, xüsusən də "Lukoil” İraqda neft çıxarıb. İnid isə Rusiya faktiki olaraq Suiryay ayerləşib və Türkiyə ilə savaş durumundadır. Moskvanın hər vasitə ilə Türkiyənin İraqda möhkəmlənməsinə razı olmayacağı aydındır. 
Dünya Mosul uğrunda nədən savaşır?

İraq mövzusunda Türkiyənin ən böyük rəqiblərindən biri də İrandır. İran Amerika işğalı sonrası İraq üzərində böyük təsirə sahibdir. Üstəlik özəlliklə şimal bölgələrində, şiə türkmənlərin yaşadığı bölgələrdə güclü iştirakı var. Suriya məsələsində aralarında ciddi soyuqluq yaranan Türkiyə və İranın İraq məsələsində qarşılaşacaqları aydındır. Baxmayaraq ki, hələlik bu qarşıdurma hiss olunmur. 

Beləliklə, dünyanın ən qaynar bölgəsi uğurunda kəskin rəqabət başlayıb. Artıq hər kəs Yaxın Şərqdə hər şeyin əvvəlki kimi olmayacağını anlayır və yeni dövrə daha hazırlıqlı, daha güclü daxil olmaq istəyir. Bu isə özü ilə yeni savaş riskləri, gərginliklər gətirir. 

Kənan Rövşənoğlu
Xəbər 2798 dəfə oxunub






Oxşar xəbərlər

Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34490] initstartout [0.00019] initstartin [0.00070] calstart [0.00921] calend [0.00051] topnewsend [0.00512] rsssend [0.00000] ehgend [0.04426] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28419]