Qəzzafinin oğlu qaçırıldı

  • 12 dek 2015, 11:06
Liviyanın sabiq diktatoru Müəmmər Qəzzafinin oğlu Hannibal Qəzzafi Livanın Beyrut şəhərində qaçırılıb. 

Bu barədə azvision.az "BBC News”-a istinadən xəbər verir. 

 2012-ci ildən Omanda yaşayan Qəzzafi öz həyat yoldaşına baş çəkmək üçün Livana gəlib. 

`Sputnik` agentliyi xəbər verir ki, Qəzzafinin oğlu Livanın `Amal` şiə hərəkatı tərəfindən qaçırılıb.

Səhər saatlarında isə `Al-Jadeed TV` telekanalı Qəzzafinin görüntülərinin əks olunduğu video yayımlayıb. Görüntülərdə onun vəziyyətinin normal olduğu görünür. O, 1978-ci ildə onu müşahət edən iki şəxslə birgə yoxa çıxıb.
Oxşar xəbərlər