Mübarəkin türk köməkçisi ölü tapıldı

  • 04 dek 2015, 08:55
Misirin inqilabla devrilən prezidenti Mübarəkin köməkçisi 43 yaşlı Ayşəgül Abik, Bursada yaşadığı evdə ölü tapılıb.

Ayşəgül Hüsnü Mübarək hakimiyyətdən devrildikdən sonra Bursaya gəlib. Evdə tək yaşayan Ayşəgülün meyitini 47 yaşlı bacısı aşkarlayıb. Hadisə yerinə gələn Bursa respublika prokuroru, Ayşəgülün ölümünün şübhəli olduğunu bildirib. Ölümün həqiqi səbəblərini aşkarlamaq üçün, Ayşəgülün cəsədi Bursa Ədliyyə Tibb mərkəzinə aparılıb. Hadisə ilə bağlı istintaq başladılıb.