Rusiyaya "15 dekabr" şoku - Bu ölkə rəsmən qərar verdi

  • 04 dek 2015, 08:36
Litva  torpaqlarından keçən Rusiya  yük maşınlarından yol pulu almaq haqqında qərar verib.
 
Litvanın Nəqliyyat və Kommunikasiya nazirliyindən  açıqlamada, qərarın  Rusiyanın 15 noyabrdan etibarən  Litvanın nəqliyyat vasitələrindən pul alma qərarının ardından verildiyini bildirib. Litva qərarın icrasına dekabrın 15-də  başlanılacağını açıqlayıb.
 
Qeyd edək ki, Litva Xarici İşlər Nazirliyi, iki ölkə arasındakı yolda  Rusiya  tərəfinin 12 ton ağırlığında olan avtomobillərdən  pul aldığını açıqlamış və bu məsələylə bağlı Moskvaya nota vermişdi. Litva tərəfi  Rusiyanın bu addımının  1993-ci ildə imzalanan beynəlxalq avtomobil nəqliyyatı haqqında sazişə zidd olduğunu bildirmişdi.