İŞİD neftin əhəmiyyətli hissəsini Əsədə satır

  • 01 dek 2015, 21:53
Almaniya Xarici İşlər Nazirliyinin spiker müavini Savsa Çebli, Berlində Federal Mətbuat Mərkəzində təşkil etdiyi həftəlik brifinqində İŞİD-in əldə etdiyi neftin əhəmiyyətli hissəsni Əsədə satdığını bildirib. 

Çebli, bununla bağlı əllərində dəlillərin və sənədlərin mövcud olduğunu da sözlərinə əlavə edib. Alman səlahiyyətli, İŞİD-in Türkiyəyə neft satması ətrafında aparılan müzakirələrə də aydınlıq gətirib.

Çebli onlarda bu haqda heç bir məlumata və sənəd olmadığını bildirib.