"Rus pilotun cənazəsi Türkiyədədir, Rusiyaya təslim edəcəyik"

  • 29 noy 2015, 16:47
"Rus pilotun cənazəsi, gecə saat 01.00 -da  Türkiyəyə verilib.Bir qədər sonra rus hərbi nümayəndələri ilə birlikdə Hataya  gedib cənazəni Rusiyaya təslim edəcəyik." 

Bu açıqlama ilə Türkiyənin baş naziri Əhməd Davudoğlu çıxış edib. Davudoğlu Rusiyanın Türkiyəyə qarşı sanksiyalarından da danışıb.

"Məsuliyyəti  Türkiyə tərəfinə atmağa yönəlmiş səylər həm beynəlxalq hüquq baxımından etibarsızdır, qeyri-qanunidir, həm də Türkiyə ilə Rusiya arasındakı mehriban dostluq və qonşuluq əlaqələri baxımından da düzgün deyil. Əgər bir məsuliyyətli addım haqqında düşünürsənsə, Türkiyə hava məkanını daha əvvəl də dəfələrlə pozanduğun üçün özünü  özünü mühakimə edəcəksən. Rusiyadan son dövrdə gələn açıqlamalar  qəbul edilə biləcək açıqlamalar deyil."
 
Türkiyə tək tərəfli olaraq Rusiyadan iqtisadi mənfəət əldə etmir. Rusiyanın da maraqları var. Qonşuluq münasibətlərimiz var. Rus rəsmilər bütün bunları nəzərə alaraq, soyuqqanlı mövqe nümayiş etdirməlidir."
 
Qeyd edək ki, bir necə gün öncə, Rusiya hərbi təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün türk f 16-ları tərəfindən vurulmuşdu. Vurulan təyyarənin pilotlarından biri ölmüş və cənazəsi təyyarənin düşdüyü bölgədə, Bayırbucaq türkmənlərində idi. Dünən isə türkmənlər cəsədi Türkiyəyə təslim edib.