Ərdoğandan Putinə daha bir xəbərdarlıq - "Biz çağrılmamış qonaq gözləmirik"

  • 28 noy 2015, 09:33
Rusiya təyyarələrinin bir daha Türkiyənin hava məkanını pozmayacaqlarına dair verdiyi sözü tutmadı.
 
Demokratik.Az "TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
Prezidentin sözlərinə görə, G20 sammitində Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozması faktları müzakirə edilib:
 
"Rusiya Prezidenti Vladimir Putin zarafatla təklif etdi ki, Ankara Rusiya təyyarələrinin hava məkanını ilk dəfə pozması halını "qonaq” kimi qiymətləndirsin. Lakin mən bəyan etdim ki, Türkiyə dəvətsiz qonaqlar gözləmir”.