Paris hücumunda şübhəli bilinən belçikalı Türkiyədə yaxalandı

  • 21 noy 2015, 19:10
Antalyada Mərakeş əsilli 26 yaşlı Belçika vətəndaşı Əhməd Dahmani saxlanılıb.

Şübhəli şəxs 16 noyabrdan bəri Antalyanın Manavqat ilçəsində lüks oteldə qalırmış. Onunla bərabər iki nəfər şübhəli həbs olunub. Onlar Dahmaniyə Türkiyədən Suriyaya keçməyə kömək etməli imişlər. 

Xüsusi təhlükəsizlik orqanları onun Paris olaylarının iştirakçısı olduğundan şübhələnirlər. Dahmaninin İŞİD üzvü olduğu bildirilir.
Oxşar xəbərlər