Bəşər Əsədin taleyi həll olunur-Vyanada

  • 14 noy 2015, 20:22
Vyanada Suriyanın taleyi ilə bağlı danışıqların üçüncü raundu başlayır.

Türkiyənin də iştirak etdiyi bu görüşdə qardaş ölkəni xarici işlər naziri Feridun Siniroğlu təmsil edir.

Görüşdə ABŞ dövlət katibi Con Kerri, Rusiya XİN başçısı Sergey Lavrov, BMT-nin suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura, AB-nin baş komissarı Federika Moqerini, Ərəb Liqasının baş katibi Nabil əl Ərəbi iştirak edir.

Ümumilikdə danışıqlarda 20 ölkənin iştirakı nəzərdə tutulub.