Alman nazir: “Yeganə nicat yolumuz Türkiyədir”

  • 10 noy 2015, 20:44

 

Suriyalı miqrantlarla bağlı Türkiyə ilə razılığa gəlməyə məcburuq.

 

Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştaynmayer belə deyib.

 

"Bəzi qüvvələr Türkiyə ilə əməkdaşlıq etməyimizə maneə olurlar. Hər kəs anlamalıdır ki, yeganə nicat yolumuz bu ölkədir. Miqrant axınını dayandırmaq üçün Türkiyə ilə razılığa gəlməliyik.  Hətta Türkiyədəki mövcud durum xoşumuza gəlməsə belə, biz ortaq məxrəc tapmağa məcburuq”.