İŞİD-çi kamikadze "Taliban" komandirini partlatdı

  • 10 noy 2015, 15:20

 

"Taliban” hərəkatının komandirlərindən biri bu gün İŞİD üzvü kamikadzenin Əfqanıstanda törətdiyi partlayış nəticəsində həyatını itirib.

Hadisə ölkənin cənubi-şərqində yerləşən Zabul əyalətində baş verib. Qeyd olunur ki, bu İŞİD tərəfindən "Taliban”a qarşı ilk bombalı hücumdur.

Üzərində bomba yük olan İŞİD üzvü bu səhər "Taliban” üzvləri arasına girərək özünü partladıb. Partlayış nəticəsində komandir Molla Pir Aqba ölüb, Zabuk əyaləti üzrə komandir Molla Mati yaralanıb. Bu haqda Əfqanıstan polisinin nümayəndəsi Əbdül Razek bildirib.

Qeyd edək ki, İŞİD artıq Suriya və İraq sərhədlərindən kənara çıxaraq Əfqanıstanda da möhkəmlənib. "Taliban”la rəqabət aparan əsas radikal qruplaşmaya çevrilə bilib.