Üç ərəb ölkəsi Suriya savaşından çıxır

  • 09 noy 2015, 15:26
ABŞ-ın yaratdığı koalisiyaya daxil olan ərəb ölkələri Suriyada İŞİD-in mövqelərinə aviazərbələr endirməyi azaldıblar.
 
Bu barədə  "Nyu York Times” qəzeti yazır. Qəzet Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin öz təyyarələrinin böyük bir qismini Yəmənə İranın dəstəklədiyi husiləri məğlub etmək üçün göndərdiyini bildirib. 

İordaniya da artıq öz təyyarələrinin Yəmənə göndərilməsi haqqında qərar verib. Hər üç ölkə sonuncu dəfə İŞİD mövqelərinə sentyabr ayında aviazərbələr endirib.