Suriyada dinc sakinlər bombalandı

  • 08 noy 2015, 11:59
Əsəd ordusunun təyyarələrinin hava bombardmanı zamanı Dəməşqin Duma rayonunda 10 nəfər ölüb.

Xəbərə görə,bombardman nəticəsində onlarla adamın yara aldığı bildirilir. Zərbələrdən sonra baş verən güclü yanğın mülki müdafiə qüvvələri və yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.

Rayondakı binalara ciddi ziyan dəyib. Xilasedicilər dağıntılar altında qalmış ölü və yaralıların axtarışı ilə məşğuldur.


 

Demokratik.Az