
Moskvada Rusiyanın Suriyaya müdaxiləsinə qarşı etiraz aksiyası keçirilib.
Avropa.info xəbər verir ki, aksiyanı müxalif "Həmrəylik" hərəkatı təşkil edib.
"Həmrəylik" hərəkatı idarə heyətinin üzvü Mixail Kriger rusların əksəriyyətinin Suriyadakı əməliyyatları dəstəkləmədiyini bildirib.
Kriger Moskvanın Əsədi dəstəkləməsini strateji səhv adlandırıb.
"Rusları Suriya niyə maraqlandırsın? Suriyada bir diktatorun uzun illərdir hakimiyyətdə olduğunu və dayanmadan xalqını qanlı bir şəkildə öldürdüyünü bilirik. İndi biz niyə onu müdafiə etməliyik?"
Qeyd edək ki, aksiyada qətlə yetrilmiş Boris Nemtsovun şəkilləri də qaldırılıb.