PKK-ya qarşı əməliyyatda əsgərləri ildırım vurdu

  • 22 okt 2015, 22:20

 

Türkiyənin Hakkari vilayətinin Yüksəkova qəsəbəsindəki Dağlıca bölgəsində PKK terror təşkilatına qarşı əməliyyat keçirən əsgərləri ildırım vurub. Nəticədə 3 əsgər ölüb, 12-si yaralanıb. 

Musavat.com xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 

Məlumatda deyilir ki, yaralı əsgərlər xəstəxanada müalicə olunurlar.