"Rüşvət və korrupsiyanı ciddi müzakirə etməliyik" - Baş nazir

  • 07 iyun 2015, 12:59
İngiltərənin baş naziri Devid Kemeron FIFA-da baş verən skandalın korrupsiya və rüşvətlə  qlobal səviyyədə mübarizə aparmaq üçün bir fürsət olduğunu və şəxsən özünün G7 sammitində bu mövzunu diqqətdə saxlayacağını bildirib:

"Beynəlxalq zirvələrdə liderlər maddi yardımlar, iqtisadi böyümə və təhlükəsizlik kimi mövzuları müzakirə etmək üçün toplanır. Ancaq sui-istifadə, rüşvət və korrupsiya mövzusu diqqətdən kənar qalır, ciddi müzakirə olunmur. Bu ənənə dəyişməlidir. FİFA-nı ifşa edərək bu tabunu qıran cəsarətin bir qismini də bizim göstərməmiz lazımdır".