Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:29 - 12.11.2019  
Gülənin Azərbaycana qarşı “Vaşinqton Post”lu ŞANTAJ ƏMƏLİYYATI
Tarix: 27-05-2015, 20:02 | Bölmə: Xəbərlər » Dünyada

"Vaşinqton Post” Azərbaycanın əleyhinə yazdı. Ondan öncə nə baş vermişdi? Kerrinin iş otağında ölkəmiz əleyhinə fəaliyyət planının işləndiyinə dair xəbər yayılmışdı. Lenti bir qədər də geriyə fırladaq. "Nyu York Times” Amerika Konqresinin 89 üzvü Kerriyə  məktub yazaraq, Fətullah Gülənin xahişini etdiyini yazmışdı. Daha öncə nə olmuşdu? ABŞ İŞİD-ə qarşı antiterror əməliyyatlarına başlar-başlamaz Gülən bəyanat verərək, bu əməliyyatı dəstəkləmişdi. Bu bəyanat hansı amerikan qəzetlərində reklam işarəsi ilə çap olunmuşdu? "Vaşinqton Post” və "Nyu York Times”.  Lenti azacıq da geriyə çevirək. Gülənin media imamı, "Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı Ərdoğanı hansı qəzet vasitəsilə Obamaya şikayət etmişdi? "Vaşinqton Post”. Bütün bunların baş tutması üçün vasitəçi olan hansı dərnək idi? "Turkish American Alliance” (Türk Amerikan Alyansı)!

Azərbaycanın illərdən bəri parasını yeyən, guya ABŞ-la Azərbaycan arasında körpü quran, ölkəmizə kabab yeməyə senator gətirib-götürən təşkilatın adı nə idi? "Turkish American Alliance” (Türk Amerikan Alyansı)!

ABŞ-dakı "Gülənist təşkilatlar” siyahısında birinci olan və "erməni soyqırımı”nı dəstəkləyən senatorlara verdiyi dəstəyə görə, tənqid olunan lobbiçi dərnək hansı idi? "Turkish American Alliance” (Türk Amerikan Alyansı)!

ABŞ Federal Seçki Komissiyasının rəsmi məlumatlarına görə, 2006-2012 illəri arasında həm Respublikaçı Partiyanın həm də Demokrat Partiyasının namizədlərinə 1,5 milyon dollardan çox hədiyyə edən Alyansın dəstək verdiyi şəxslər arasında "Türkiyəni terrorçular idarə edir” deyən Texas valisi Rick Perry də vardı.

Faruk Tabanın rəhbərlik etdiyi Türk Amerikan Alyansı əsasən Gülənin təbliğatı ilə məşğuldur. Bundan başqa qurum özünə bağlı dərnəklər vasitəsi ilə Azərbaycan kimi ABŞ-da lobbi fəaliyyəti qurmaq istəyən ölkələrin pullarını yeməklə də məşhurdur. Belə ki, bir sıra varlı azərbaycanlının ABŞ-da keçirdiyi təntənəli mərasimlərin bəzəyi olan senator və millət vəkilləri Türk Amerikan Alyansı və ona bağlı "Turquoise Council for Americans and Eurasians” adlı təşkilat tərəfindən pul ilə gətiriliblər. Fətullahçı Kamal Öksüz bu təşkilatla yanaşı Hyustonda mənzillənmiş Azərbaycanın Dostları Assambleyasının (Assembly for the Friends of Azerbaijan) başçısıdır. Assambleyanın vise-prezidenti Texas qubernatoru Rick Perry-nin bacısı Milla Perry Jones-dur.EKREM

O da qeyd olunur ki, Türkiyə əleyhinə bəyanatı konqresmenlərə imzaladan Turkish American Alliance-nin üzvü olan Öksüz Texasda yerləşən TDM Contracting şirkətinin sahibidir. Bu şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

Öksüz də mətbuata verdiyi açıqlamada təşkilatın fəaliyyətinin Qazaxıstan, Azərbaycan və Türkiyəyə səfərlər təşkil etməkdən ibarətdir. Vayominq ştatının nümayəndəsi Dave Zwonitzer da deyir ki, onunla və daha dörd Vayominq millət vəkili ilə Mosaic Foundation adlı fəthullahçı qrup əlaqə yaradıb və Bakıya pulsuz səfər təklif edib.

Maraqlıdır ki, azərbaycanlı oliqarxlardan yaxşı pul alan fətullahçılar bir-iki avtobus konqresmenin Azərbaycana səfərini təşkil edib, Vaşinqton və Nyu Yorkda tədbirlər keçirsələr də, həmin şəxslər Azərbaycan və Qarabağ mövzusunda ciddi maarifləndirilimir. Sadəcə, toy müğənnisi kimi önünə qoyulan mətni oxuyur, daha sonra isə Konqressdə həlledici məqamlarda bir çoxu Azərbaycanın və Türkiyənin maraqlarına zidd addımlar atırlar.

Bu qədər məlumat yetər!

Gələk əsas məsələyə. Nədənsə, normal zamanlarda güllük-gülüstanlıq olan ABŞ-Azərbaycan əlaqələri, xüsusilə amerikan mediası Azərbaycanla bağlı ən kritik dönəmlərdə mövqeyini sərtləşdirir. Bir çoxları bunu erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirir. Haqlı ola bilərlər. Fəqət erməni lobbisi zatən hər zaman bizim əleyhimizə fəaliyyət göstərir. Onların xüsusi günlərə o qədər ehtiyacı yoxdur ki… Hər gün dayanmadan Azərbaycan əleyinə çalışdıqlarını azacıq ingiliscəsi olanlar öyrənə bilərlər.

Ancaq kritik zamanda gərginləşən ABŞ senatorları və ya amerikan mediasının məşhur qəzetləri "vasitəçilər”in yardımı ilə  "atəşkəs”ə razı olurlar. Hər dəfəsində də ABŞ-dakı həmin bu Türk Amerikan Alyansı vasitəçilik missiyasını "uğurla” başa vurduğu üçün mükafatlandırılır.

Azərbaycan dövləti içərisindəki böyük havadarları vasitəsi ilə "qurtarıcı” elan edilən Türk Amerikan Alyansı bütün bunları "Xocaəfəndi”nin xeyir-duası ilə etdiyini bildirir. Yəni, biz sizi ABŞ-ın sərt üzündən qoruyuruq, siz də bizim "maklubəçi” cocuqlara toxunmayın. Onlara fürsət verin…

ABŞ-la problemləri qısa zamanda həll etmiş bir qurumun bu xırda istəyi gerimi çevrilsin? Kim bu qədər sürətli işləyə bilir?

Əslində isə bu bir "ŞANTAJ ƏMƏLİYYATI”dır. Öncə müəyyən edilmiş senatorlar önlərinə qoyulan mətni oxuyurlar. Sonra amerikan qəzetləri ilə irtibata keçilir və Azərbaycan əleyhinə yazılar yazılmağa başlanır. Həmin yazılar və çıxışlar Azərbaycandakı gülənist məmurlar və media tərəfindən şişirdilir. Bunun ABŞ-ın Azərbaycanda çevriliş cəhdinə hazırlaşdığına dair cəhd olduğu tezisi "Gənclik” parkındakı məşhur restoranda müxalif mətbuatla tez-tez görüşən Gülənin Azərbaycandakı media koordinatorları tərəfindən o jurnalistlərə ötürülür. Nəticədə bu yazılar və çıxışların dayandırılması üçün düyməyə basılmasının zəruru olduğuna dair qərarı əldə edirlər. Sonra? Sonra Türk Amerikan Alyansı dövriyyəyə girir və "çox çətinliklə” "Vaşinqton Post” və ağlını-fikrini ermənilərin "əsir” aldığı senatorlar doğru yola gətirilirlər.

Qısacası, sizin "ABŞ Azərbaycanı sıxışdırır” kimi gördüyünüz hal əslində, Şantaj Əməliyyatıdır.

EKREM2Qısa bir sorğu aparaq. Ərdoğanı hazırda hansı amerikan media qurumu sərt şəkildə tənqid edir? "Vaşinqton Post”. Niyə? Çünki Türk Amerikan Alyansı pulunu verib, yazısını yazdırır. Və elə başa düşülməsin ki, fətullahçılar bunu edirlərsə, ABŞ-ı ayağa qaldıra bilərlər. Əsla! Onları güclü edən bizim pulumuzdur. Bizim pullarımızla əvvəl bizi söydürür, sonra "qurtarıcı” olurlar. Azərbaycan dövlətinin lobbi işlərinə baxan, bu işə milyonlar ayıranlar isə ya bunu anlamayacaq qədər sadəlöhvdürlər, ya da çoxdan Paralel Şəbəkənin əsirinə çevriliblər. Təəssüf ki, bizdə bəziləri komforta-əyləncəyə düşkündürlər, onlar da bunu videoya çəkməyə…

Bu səbəbdən də "Vaşinqton Post”u susdurmaq yerinə, başqa kanallarla o yazını yazanla Türk Amerikan Alyansının əlaqələrini araşdırıb, həmin yazının Gülənin mətbəxində hazırlandığını ortaya qoymaq çox asandır. Təbii ki, Gülənin azərbaycanlı müridləri imkan versə…

Qeyd: Türk Amerikan Alyansının dəvətiylə, 2013-cü ildə Gülənin Azərbaycan imamı və fətullahçıların beyin mərkəzi olan Qafqaz Universitetinin Rəyasət Heyətinin sədri Ənvər Özərən və Gülənə bağlı TUSİAB-ın və TUSKON-un xeyir-duası ilə yaradılan "İpəkyolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov ABŞ-a səfər etmişdilər.

***

maxresdefaultBitmədi… Ötən yazılarımızdan birində Gülənin Azərbaycan imamı Elnur Aslanovun "Azərbaycanın Saakaşvilisi” olması üçün hazırladıqlarını yazmışdıq. Son məlumatlara görə, Elnur Aslanovu təhsil adı altında iki illik ABŞ-a aparmaq üçün çalışırlar.  Bunun üçün bir neçə dəfə cəhd olsa da, Elnur Aslanov icazə alaraq getməyə üstünlük verib. Çünki əks halda Ceyhun Osmanlı, İxtiyar Hüseynli, Fərhad Məmmədov kimi kadrlarının "yanması” və "asi” elan edilməsi gündəmə gələ bilər. Ən yaxşısı, icazə alaraq, Rauf Hüseynov, Rza İbadov kimi təhsil adı ilə ölkəni tərk etmək ki, qayıdarkən problem olmasın. İki gündən bir Fərhad Məmmədov, Ceyhun Osmanlı və digər kadrları ilə "Torqovı”da görüşüb, AJDA Pekkan "dinləyən” Aslanovla bağlı İstanbulda da maraqlı söhbətlər dolaşmaqdadır. Azərbaycanda haqqında guya ölkədən çıxmaq qadağasının olduğu yazılan ("Çağ Öyrətim” məktəblərinin bağlanmayıb, "İstək”ə çevrilməsinə rəğmən "məktəbimiz bağlandı” vay-şüvəni edildiyi kimi) Elnur Aslanovun tez-tez İstanbulda olduğu bildirilir. Ataşəhərdə, anası Rəbiyyət Aslanovanın sonuncu həyat yoldaşı İlham Rəhimovun aldığı villada tez-tez buradakı adamları ilə görüşdüyü bildirilir. O da qeyd olunur ki, Prezident Aparatından "vurulması” gözlənildiyinin əksinə olaraq işinə yarayıb. Belə ki, PA-da daim nəzarətdə olan Elnur Aslanov yeni iş yerində tamamilə nəzarətsizdir. İşə gəldi-gəlmədi, dəyib-dolaşan yoxdur. Bu səbəbdən də bütün fəaliyyətini Gülənin gənclər qoluna həsr edib. Yəni, Gülən zamanında dövlətdən maaş alıb, dövlət əleyhinə çalışdığı kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən maaş alsa da, Aslanovu görən yoxdur.

Əvəzində Elnur Aslanovun bütün kadrları iki amerikanpərəst nazir tərəfindən qorunur və yüksək maaşlı "könüllülər” olaraq, işə alınırlar. Məsələn, Xaqani Fərəcov və Rauf Mərdiyevdən sonra əsgərlikdən gələr-gəlməz Elnur Aslanovun "qanadlı oğlan”ı Ramin Hakimov Azad Rəhimov sanki kadr tapmırmış kimi, bütün xarici qonaqların qeydiyyatını ona əmanət etdi. Biz Avropa Oyunları öncəsi bir sıra məsələləri görməzdən gəlirik. Lakin oyun bitdikdən sonra bu məsələlərə daha geniş yer ayıracağıq. Dövlətin gənclər siyasətini həyata keçirən nazirliyin Elnur Aslanovun kadrlarından başqa gəncləri niyə  gözdən çıxardığına, sağlam kadrların necə vurlduğuna toxunacağıq. Hələlik isə  bundan daha önəmlisi dövlətin "şantaj əməliyyatı”na laqeyd qalmaması və bu işin içində olanların cəzalandırılmasıdır. Çünki mərhəmətdən daim xəstəlik törəyər…

Aqil ƏLƏSGƏR

Xəbər 2661 dəfə oxunub






Oxşar xəbərlər

Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”
Vilayət Eyvazov Sumqayıtda şikayətçiləri qəbul edəcək
Avropa bankları “Visa” və “MasterCard”dan imtina edir
DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar
Milli Şuranın üzvü olan generalla bağlı şok faktlar - İNTİM SƏS YAZISI
Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb
Prezident “Azərxalça”ya iki milyon manat ayırdı
Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI
İngiltərə MN 500-dən çox zirehli transportyor alır
Teymur Rəcəbov Qran-Pri turnirinə heç-heçə ilə başlayıb
İran kanalında azərbaycanlılar təhqir olundu
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
"SOCAR" Adnan Əhmədzadəyə yeni vəzifə verdi
Bürclər 5 noyabr
APOEL – “Qarabağ” matçı ona tapşırıldı
“Fondpulu” tələb edən sinif rəhbəri cəzalandırıldı
Vilayət Eyvazov vətəndaşları incidən polis mayorunu işdən çıxardı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29695] initstartout [0.00018] initstartin [0.00070] calstart [0.00935] calend [0.00053] topnewsend [0.00510] rsssend [0.00000] ehgend [0.00585] tagsstart [0.00088] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27431]