İŞİD bu tarixi siləcək (FOTO)

  • 23 may 2015, 08:02
BMT Təhlükəsizlik Şurası İŞİD tərəfindən bu yaxınlarda zəbt edilən Suriyanın Palmira şəhərinin taleyi barədə narahatlığını dilə gətirib.

Demokratik.Az-ın məlumatına görə, xəbəri "Ria Novosti" agentliyi yayıb.

"Təhlükəsizlik Şurası üzvləri İŞİD-in Suriyada barbar fəaliyyətinin davam etməsini və Palmiranın tutulmasını ciddi tənqid edir. TŞ üzvləri ciddi şəkildə Palmira şəhərində olan minlərlə insanın və İŞİD yaxınlaşdığı zaman yerlərini dəyişmişlərin həyatından narahatdır”- deyə BMT-dən bildiriblər.

Eləcə də Şura üzvləri bildiriblər ki, dinc əhalinin qorunmasında məsuliyyət Suriya hökümətinin boynundadır.

Lakin Palmira şəhərinin İŞİD vəhşiliyinə tuş gələsi digər bir özəlliyi də dünya ölkələrini narahat edir. Bu şəhərdə yerləşən Ümumdünya mədəni-tarixi irsdir. Belə ki, şəhərin müqəddəs kitablarda adı çəkilən Süleyman peyğəmbər və qədim Zenobiya şahzadəsi ilə bağlılığı qeyd olunur. Palmira əsrlər boyu açıq hava altında muzey kimi qeyd olunub.

ANS PRESS İŞİD beynəlxalq terror qruplaşmasının İslam dininə və normal təfəkkürə aid olmayan fəaliyyəti nəticəsində dünyanın itirəcəyi möhtəşəm artefakt və tarixi memarlıq əsərlərinin fotolarını təqdim edir.













 
Mənbə
ANS PRESS