AKP-li bələdiyyə sədrinə silahlı hücum

  • 21 may 2015, 06:43
Türkiyə Bursa vilayəti Gürsu rayonunun hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bələdiyyə sədri Cüneyd Yıldız silahlı hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, bələdiyyə binasına daxil olan naməlum şəxs bələdiyyə sədrinin xidməti otağında güllələyib.

Başından və sinəsindən yaralanaraq təcili yardımla xəstəxanaya çatdırılan Cüneyd Yıldızın vəziyyəti ağırdır.

Hücum anında sədrin yanında olan xidməti ürücüsü Yener Şimşek də ağır şəkildə yaralanıb.

Hadisəni bələdiyyə əməkdaşlarından birinin törətdiyi müəyyən olunsa da onu yaxalamaq hələlik mümkün olmayıb.

Faktla bağlı istintaq davam edir.

Oxşar xəbərlər