Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:17 - 24.10.2018  
Putinin böyük şantajına son
Tarix: 27-04-2015, 20:50 | Bölmə: Xəbərlər » Dünyada

Putinin böyük şantajına sonSon vaxtlar ABŞ-ın artıq təbii qaz istehsalı üzrə dünyanın aparıcı ölkəsi olması haqqında bir çox televiziya reklamları çıxır. Həmin reklamlarda bu da göstərilir ki, ABŞ neft istehsalında birinci yerə doğru sürətlə irəliləyir.

Buna səbəb isə qazıntı işlərinin aparılması üçün federal hökumətin icazəsi lazım olan federal torpaqlarda neft və qaz istehsalı zəiflədiyindən siyasi yox, texniki xarakter daşıyır. Belə ki, hidravlik parçalama və ya frekinq üsulundan istifadə edilib dərin qazma işləri aparılaraq böyük miqdarda təbii qaz və neft çıxarılır. Nyu-York kimi bəzi ştatlar frekinq üsulunu qanundan kənar elan etsələr də, bir çox ştat bu metoddan daha çox istifadə etməyə başlayır. Bu ştatlar frekinq üsulunun "möcüzəvi” şəkildə yenidən canlandırdığı Şimali Dakotanı göstərirlər, belə ki, ölkənin hər yerindən insanlar bura aşağı əmək haqqı ilə belə işləməyə gəlirlər.

Ənənəvi neft istehsalçıları olan Pensilvaniya, Texas, Kaliforniya və digər ştatların yerli məşğulluq səviyyəsində də artım var. Yeni istehsal üçün boru kəmərləri tikilir.

Artıq Konqres yeni texnologiya ilə ayaqlaşmalıdır. 1970-ci illərdə qəbul edilmiş və hazırda qüvvədə olan qanunlar xarici ölkələrə neft və qaz ixracını qadağan edilir. Məsələn, Alyaska neft istehsalında böyüdükdən sonra Konqres ştatdan çıxarılan neftin xarici ölkələrə satışına qadağa qoyan qanun qəbul etdi. Nəticəsi isə Alyaska nefti neftdən məhrum olan Yaponiyaya satıla bilmədiyindən Kaliforniyaya göndərilir və Yaponiyaya Kaliforniya nefti satılırdı.

Bu qanunlar ləğv edilməlidir. Yalnız bundan sonra təbii qaz sənayesində təbii qazın mayeləşdirilməsi üçün müəssisələr tikilə, ABŞ Avropadakı müttəfiqlərinə mayeləşdirilmiş qaz nəql edə və bu ölkələrin Rusiyanın təbii qazından asılılığına son qoyula bilər. Bu da öz növbəsində transatlantik ittifaq üçün olduqca faydalı olacaq, çünki Rusiya bu sahədə ABŞ-ın Avropadakı müttəfiqləri üzərində olan təsirindən öz mənfəətləri üçün istifadə etməyə davam edir. Belə bir tədbir Azərbaycan və Türkmənistandakı yeni yataqlardan milyardlarla kubmetr həcmində qaz çıxarılması üçün istifadə olunan və istifadə olunacaq yeni qaz kəmərləri üçün də mükəmməl imkanlar yarada bilər.

2010-cu ilin mart ayında "Business Insider” saytında çıxan "Dünyanın Strateji Xəritəsini Dəyişən Qaz Kəmərləri” adlı məqalədə Türkmənistandan Hindistan və Çinə, Azərbaycandan da Avropaya milyardlarla kubmetr həcmində qaz nəql edilə biləcəyi haqqında məlumat verilirdi.

Ötən ay Gürcüstan, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən yeni boru kəmərinin təməli atılıb. Belə ki, 2018-ci ildən etibarən Azərbaycandan təbii qazın nəqli üçün istifadə olunacaq və Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçəcək 1850 km uzunluğunda boru kəmərinin tikintisi gedir. Tikinti üçün çəkiləcək xərcin 11 milyard dollar olması nəzərdə tutulub. Bu, Azərbaycan, Türkiyə və "British Petroleum” şirkətinin birgə sahib olduğu Trans-Anadolu (TANAP) qaz kəməridir.

TANAP xəttində Türkiyə illik istifadə edəcəyi təbii qaz həcmi 6 milyard kubmetr olacaq, qalan 10 milyard kubmetr isə Balkanlar və İtaliyadan keçərək Avropaya nəql ediləcək. Bu da öz növbəsində Rusiyadan nəql edilən təbii qaza olan tələbatın azalmasına kömək edəcək.

Azərbaycanda yeni təbii qaz yataqlarının kəşfi və istismarı üçün daha yaxşı bir vaxt ola bilməzdi.

"The Hill" nəşri yazır ki, Azərbaycanda təbii qaz istehsalının intensiv inkişafı və qərb ölkələrinə nəqli Avropanı məmnun edir, çünki Rusiyadan fərqli olaraq, Qərb ölkələri ilə daha çox dostluq əlaqələri olan Azərbaycan qonşu ölkələrdə üsyan və ixtilaflara təkan vermir.

Təbii qaz sahəsi üzrə Azərbaycanın son vaxtlar fəal olması diqqətəlayiqdir, çünki Rusiya Azərbaycanda istehsal edilən qazı Avropa bazarlarından uzaq tutmaq və Azərbaycanın qaz ehtiyatlarını tükətmək üçün təbii qazı satın almağa çalışıb ki, Avropa Rusiyadan nəql edilən təbii qazdan asılı olmağa davam etsin. Ancaq yeni qaz yataqları və TANAP layihəsi Cənubi Qafqaza gözünü dikmiş Rusiyanı məyus edəcəyə bənzəyir.

Əsas neft və qaz istehsalçılarından biri və ABŞ-ın dostu olan Azərbaycan müsəlman ölkələri arasında, demək olar, ən mötədil və tolerant ölkədir. İyirmi il əvvəl Ermənistanın Azərbaycan torpaqlarının beşdə birinə qədərini işğal etməsini dəstəkləyən Rusiyanın Ermənistandakı ən böyük xarici hərbi bazası indi də davam edən işğalı dəstəkləyir.

ABŞ və Azərbaycanda təbii qaz istehsalının sürətlə artması və ABŞ qazının Avropaya nəqli Rusiyadan Avropaya təbii qaz ixracını azalda bilər. ABŞ və Azərbaycanın artan təbii qaz istehsallarının birləşməsi ilə Rusiyadan Avropaya təbii qaz satışının azalması ölkənin Şərqi Avropadakı nüfuzunun, iqtisadi və siyası hədələrinin də azalması ilə nəticələnə bilər.

Kim deyərdi ki, ABŞ və Azərbaycanın təbii qaz yataqlarının kəşfi və qaz istehsalı üzrə ortaq marağı Avropanın Rusiyadan siyasi və iqtisadi asılılığına son qoymağa kömək edə bilər?
Xəbər 1695 dəfə oxunub






Oxşar xəbərlər

Mehdi Səlimzadənin qardaşı oğlunun lüks həyatı VƏ...
Səudiyyə Ərəbistanından Türkiyə polisinə qadağa
Vidadi Zeynalov və DOSTLARI niyə həbsdən buraxılmadı?
Azərbaycan nefti neçəyə satılır?
Elmar Vəliyevin oğlu "Kəpəz"-dən istefa verdi
“Sivil müxalifətin güclənməsi hakimiyyətin də marağında olmalıdır" - fikirlər
Türkü təhqir edən fransız jurnalistə Barış Mançonun cavabı - puldakı şəkillər
Tramp Ər-Riyadın izahatından məmnun deyil
Bakıda ilk eşşək ferması yaradıldı - südün litri 80 manata
Tramp özünü millətçi saydığını bildirib
Sahibsiz itlərə kim sahib çıxacaq?
Leyla Əliyeva sərgidə iştirak edib (FOTO)
Məşhur robot Prezidentə təqdim olundu - FOTOLAR
Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16976] initstartout [0.00015] initstartin [0.00085] calstart [0.00916] calend [0.00047] topnewsend [0.00398] rsssend [0.00000] ehgend [0.02257] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13188]