Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi

  • 13 yan 2020, 20:12

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk "Astana"dan ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflərin qarşılıqlı razılıq əsasında yolları ayırdığı bildirilib. Ukraynalı mütəxəssislə yanaşı, köməkçiləri - Mixail Savka, Anatoli Korotya və Andrey Qluşenko da paytaxt təmsilçisini tərk edib.

Qeyd edək ki, Qriqorçuk 2018-ci ilin yayında paytaxt təmsiçisinə baş məşqçi təyin olunmuşdu. "Astana" onun rəhbərliyi altında Qazaxıstan Premyer Liqası və superkubokunun qalibi olub. Qriqorçuk 2015-2018-ci illərdə "Qəbələ”ni çalışdırıb.

Oxşar xəbərlər