Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:36 - 27.01.2020  
Süleymani qətlinin izi haralara aparır – ŞÜBHƏLƏR
Tarix: 9-01-2020, 22:27 | Bölmə: Xəbərlər » Dünyada

Süleymani qətlinin izi haralara aparır – ŞÜBHƏLƏRYanvarın 3-də İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds” qanadının komandanı, general Qasım Süleymaninin Bağdad hava limanında, amerikalıların bombardımanı zamanı həlak olması bütün dünyada böyük rezonansa səbəb oldu. Hətta gərginlik elə həddə çatıb ki, iki ölkə arasında açıq müharibə təhlükəsi meydana çıxıb.
Baş verənlər Azərbaycanda da həssaslıqla izlənir, qızğın müzakirələrə səbəb olur, hətta bəzi hallarda vətəndaşlarımız iki cinaha bölünüb bir-birilərini sərt ittiham edirlər.
Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl mövzuya dair AYNA-nın suallarını cavablandırıb:
- Toğrul müəllim, general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra iki ölkə arasında gərginlik şiddətlənsə də, daha çox sözdə təhdidlərin şahidi olurduq. Lakin yanvarın 8-nə keçən gecə İran ABŞ-ın İraqda yerləşən aviabazalarına raket zərbələri endirdi və bunun sadəcə kiçik bir intiqam olduğunu açıqladı. Hadisələrin bundan sonrakı məcrasını necə proqnozlaşdırırsınız?
- Amerika uzun illərdir ki, İrana qarşı sərt siyasi taktikalar həyata keçirir. Buna qarşılıq olaraq İran da öz mövqeyini bildirirdi. Təbii ki, bu, bir növ elan edilməmiş müharibə əlamətləri idi. Lakin indi hər iki ölkə yeni bir mərhələyə qədəm qoyub. Amerika Birləşmiş Ştatlarının Qasım Süleymanini qətlə yetirməsinin səbəblərindən biri, İranın "Haşdi-Şabi” qüvvələri ilə birlikdə ABŞ-ın İraqdakı səfirliyinə yenidən hücum etməsi oldu. Təbii ki, Amerika bunu cavabsız qoymayacaqdı və bunun nəticəsində də İranın ən çox reklam edilən, mifoloji şəxsiyyət obrazına gətirilən generalı - Qasım Süleymani aradan götürdü. Əslində, bir çox dövlətlərin Süleymani kimi nüfuzlu şəxsiyyətləri var. Amma onların şəxsiyyətləri haqqında heç kimin məlumatı yoxdur. İran tərəfi isə son illərdə şüurlu şəkildə bu adamı gündəmə gətirdi və reklam etməyə başladı. Təbii ki, bu adam populyar olduqca, onun İraqda və Suriyada həyata keçirdiyi əməliyyatlar həddindən artıq dəyərləndirilməyə başladı. Bu baxımdan da, Süleymaninin qətlə yetirilməsi dünyada böyük rezonansa səbəb oldu.
Əslində, Suriyada istər Rusiyanın, istər Amerikanın, istərsə də Britaniyanın generalları və kəşfiyyatçılarının öldürüldüyünü bilirik. Yəni bu, bir növ siyasi kəşfiyyat oyunlarıdır. Amma bu cür reklam olunan bir şəxsin öldürülməsi ilk dəfə idi və ona görə də güclü əks-səda doğurdu və İran üçün simvolik xarakter daşımağa başladı. Təbii ki, bu da İran üçün çox vacib idi. İran ona İslam şəhidi libası geyindirməklə "kafir” Amerikanın müsəlmanlara zülmünü göstərməyə başladı. Halbuki, Qasım Süleymani İran kəşfiyyatına bağlı olaraq bir çox məsum insanın öldürülməsində xüsusi rol oynamış insanlardan biridir.=
Təbii ki, Amerikanın bu addımından sonra İran rejimi özünü güclü göstərmək üçün cavab verməli idi ki, dediyiniz gecəki raket zərbələri ilə bu cavab verildi. İran tərəfi 80 amerikalının öldürüldüyünü açıqlasa da, Amerika tərəfi heç bir itki olmadığını bildirdi. İstənilən halda, Süleymaninin öldürülməsini İranla Amerika arasında "isti” qarşıdurmanın ilk siqnalları kimi qələmə vermək olar. Əslində, bu, ABŞ üçün İranı vurmaq baxımından çox yaxşı bəhanədir. Lakin indiki vəziyyətdə ABŞ belə bir riskə gedəcəkmi, bu, artıq çox müəmmalıdır. Buna baxmayaraq, Tramp Demokrat liderlərdən fərqli olaraq qətiyyətli addımlar atmağa davam edir. Hətta, bəzən mütəxəssislərin ağlına belə, gəlməyən qərarlar verir. Yəni biz açıq şəkildə deyə bilərik ki, hər iki ölkə yeni qarşıdurma mərhələsinə artıq addım atıb. Düzdür, bu və ya digər hədəflərə hücumların, sui-qəsdlərin aktiv olacağını düşünürəm, lakin son mərhələdə gərginlik artmağa davam etsə, şiddətli qarşıdurma da qaçılmaz olacaq.
- Sizin də qeyd etdiyiniz kimi, qarşıdurmanın yumşaldığından daha çox şiddətləndiyini müşahidə edirik. Belə olan halda, bu gərginliyi Üçüncü Dünya Müharibəsinin əlamətləri kimi qələmə vermək olar?
- Amerikaya, xüsusilə də İrana bu gərginlik lazım idi. Amerikaya ona görə lazım idi ki, İsraili qoruya bilsin. Çünki İsrail üçün üç "şeytan” ölkə var ki, onlardan biri İrandır. Digərləri isə İraq və Suriyadır. Suriya və İraq aradan qaldırılıb deyə, növbə İrana çatmışdı. Amerika Birləşmiş Ştatları heç vaxt bu hədəfdən imtina etməyib. Amma İran üçün vacib olan məsələ daxildəki sosial və iqtisadi probelmlərin həllindən ibarətdir. İran ciddi şəkildə iqtisadi problemlər yaşayır və rejim üçün bu tənəzzülün səbəbkarı lazımdır. Əlbəttə ki, özlərinin pis idarəçilik siyasətini arxa plana salmaq, "kafir” və "şeytan” Amerikanın sanksiyaları və onları müharibəyə cəlb etdiyi üçün bu duruma düşdüklərini göstərmək istəyirlər. Bu səbəbdən də İran üçün belə bir propoqanda çox əhəmiyyətli idi. Diqqət etsək, İranın yumuşalmağa deyil, daha da sərtləşməyə getdiyini görərik. Əlbəttə ki, güclərin adekvat olmadığını İran bildiyi üçün, nəticənin də necə olacağını yaxşı başa düşür. Digər tərəfdən, Üçüncü Dünya Müharibəsinin başlaması da inandırıcı deyil. Çünki Suriya və İraqda olduğu kimi, heç bir böyük dövlət İrana görə, ABŞ-la qarşı-qarşıya gəlmək istəməz.
- Belə çıxır ki, Süleymaninin öldürülməsində İran rəhbərliyinin marağı olub?
- Ehtimallar var. Bu cür hədəflərin vurulmasında, adətən içəridən əldə olunan məlumatlar rol oynayır. Lakin bunu İran, yaxud İraq tərəfinin söylədiyini demək olduqca çətindir. Bu hadisə eyni ilə Cövhər Dudayevin öldürülməsinə bənzəyir. Ruslar Dudayevi dəfələrlə öldürməyə cəhd etsələr də, heç vaxt onun yerini müəyyənləşdirə bilmirdilər. Lakin sonda müəmmalı şəkildə onu qətlə yetirə bilmişdilər. Yəni hədəf bəlli bir istiqamət tərəfindən verilmədikcə, nəticə əldə etmək olmur. Çünki bunun üçün qarşı tərəfin dəqiq informasiyası lazmdır. Yəni Süleymani kimi ağıllı bir adamın sadəlövh şəkildə bir maşına minib və həmin maşınla ortalıqda gəzdiyi, sonra da ABŞ hücumlarına məruz qaldığı heç də inandırıcı deyil. Ancaq ehtimallar onu göstərir ki, ya İraq tərəfi, ya ABŞ kəşfiyyatının Süleymaninin yaxınlığına yerləşdirilmiş üzvləri, ya da daxili rəqabətdə Süleymaninin nüfuzunun artmasından qorxan adamlar ona "əncam” çəkiblər. İstənilən halda faktlar və sübutlar olmasa, dəqiq nəsə demək mümkün deyil. Faktların isə yaxın zamanlarda üzə çıxacağını hesab etmirəm.
- Qasım Süleymanin öldürülməsi Azərbaycanda da böyük rezonansa səbəb oldu. Hadisəyə dövlət səviyyəsində konkret münasibət bildirilməsə də, ictimaiyyət bir neçə cinaha parçalandı. Bəs, Türkiyədə bu hadisə necə qarşılandı?
- İlk növbədə onu qeyd edim ki, bu, Azərbaycanın yox, İranın məsələsidir. Süleymani İranın dövlət məmurudur və Azərbaycanla heç bir əlaqəsi yoxdur. O, İran maraqlarını qoruyan bir məmur idi. Məlum olduğu kimi, İran da Ermənistana açıq-aşkar dəstək verir və Süleymaninin də Azərbayacan qarşı ciddi fəaliyyətləri olub. Doğrudur, bir dövlət məmurunun öldürülməsinə görə, başsağlığı vermək, ən azından diplomatik etikadır. Amma unutmaq olmaz ki, Azərbaycanda İranın təsir dairəsində olan çox sayda şiə aktivistlər var. Lakin Azərbaycan cəmiyyətinin bu məsələyə görə parçalanması olduqca acınacaqlıdır və Azərbaycan cəmiyyətinin bu cür məsələlərdə nə qədər zəif və məlumatsız olduğunun göstəricisidir. Ağlı başında olan bir insan birinci öz vətənini sevməlidir. Qasım Süleymanin fəaliyyətləri Azərbaycan üçün çox neqativ olub. Dövlətinə qarşı də neqativ münasibət sərgiləyən adama həmin dövlətin vətəndaşlarının şəhid deyib göz yaşı tökməsi axmaqlıdır.
Türkiyə cəmiyyətinə gəlincə isə, Türkiyədə anti-Amerika psixologiyası çox yüksəkdir. ABŞ-ın bu müdaxiləsi və İranla başlayacaq qarşıdurma Türkiyəni çox narahat edir. Amma Süelymaninin şəxsiyyətinə gəlincə, Türkiyə cəmiyyəti işin içində nə olduğunu çox yaxşı başa düşür. Ona görə də Türkiyə ictimaiyyəti üçün əsas məsələlərdən biri Türkiyə dövlətinin bu qarşıdurmadan nə qədər az zərərlə çıxa bilməsidir. Məsələn, Süleymaninin öldürülməsi dünya bazarında neftin qiymətinin qalxmasına səbəb oldu. Bu da neftdən asılı olan bir ölkə kimi Türkiyə iqtisadiyyatına ciddi zərər vurdu. Digər tərəfdən, qarşıdurmanın başlayacağı təqdirdə, İrandan gələcək güc dalğasını düşünmək lazmdır. Çünki baş verəcək qarşıdurmada həm Türkiyə, həm də Azərbaycan hədəfə çevriləcək. Məlum olduğu kimi, iranlılar Azərbaycanda özlərinə şərait qurur və sərvət toplayırlar. Bu isə təsadüfi deyil. Ona görə də bizi birinci dərəcədə maraqlandıran, bu hadisənin bizə nə qədər neqativ təsir edə biləcəyini fikirləşməkdir. İstənilən halda biz müharibəyə qarşıyıq, amma İran rejiminin oyunlarına göz yummaq, yaxud Amerikanın oyunalarını dəstkələmək yol verilməzdir.
Xəbər 1008 dəfə oxunub






Oxşar xəbərlər

Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28471] initstartout [0.00018] initstartin [0.00072] calstart [0.00921] calend [0.00050] topnewsend [0.00399] rsssend [0.00000] ehgend [0.00832] tagsstart [0.00070] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26105]