Tramp: "İranla müharibənin olmasını istəmirəm"

  • 01 yan 2020, 12:40

ABŞ prezidenti Donald Tramp İranla silahlı münaqişəyə başlamaq istəmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, Floridada bildirib.

"Mən bunu istəyirəmmi? Xeyr. Mən istəyirəm ki, sülh olsun. Mən sülhü sevirəm", - deyə Ağ Ev rəhbəri hərbi ssenari imkanı haqqında suala cavabında qeyd edib.

ABŞ prezidentinin sözlərinə görə, İranın sülhə cəhd etməsinə nail olmaq lazımdır. "Ona görə mən qabaqcadan görmürəm ki, bu (münaqişə) olacaq", - ABŞ administrasiyasının başçısı qeyd edib.

"Düşünmürəm ki, bu, İran üçün yaxşı ideyadır. Düşünmürəm ki, İran bunun (müharibənin-red) olmasını istəyir", - deyə Ağ Ev rəhbərinin İran məsələsinə yanaşması ilə bağlı "Twitter"də yerləşdirilmiş videogörüntüdə bildirilir.

Daha əvvəl Tramp ABŞ-ın İraqdakı Səfirliyinə qarşı hər hansı xoşagəlməz hadisənin baş verəcəyi təqdirdə İranı ciddi nəticələrlə hədələyib.

Oxşar xəbərlər