"Fiat" və "Peugeot" avtomobil markaları birləşib

  • 18 dek 2019, 13:55

İtaliyanın məşhur avtomovil markası - "Fiat"ın istehsalçısı "Fiat Chrysler Automobiles NV" şirkəti və Fransanın tanınmış avtomobil brendi - "Peugeot"nun istehsalçısı "PSA Group" birləşmək barədə müqavilə imzalayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, müqaviləyə əsasən, şirkətlərin hər birinin 50% paya malik olacağı iri müəssisə yaradılacaq. Bu proses azı 1 il çəkəcək.

Bu sövdələşmə iş adamlarına ildə 3,7 milyard avro vəsaitə qənaət etməyə, ildə 8,7 milyon ədəd avtomobil istehsal etməyə imkan verəcək. Yeni şirətin büdcəsi isə 170 milyard dollar təşkil edəcək ki, bu da dünya üzrə 4-cü yer deməkdir.

Oxşar xəbərlər