ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”

  • 08 dek 2019, 10:27

ABŞ keçən ay Liviyanın paytaxtı Tripoli yaxınlığında yoxa çıxdığı bildirilən pilotsuz təyyarələrin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edib.

ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) onlara aid olan PUA-nın silahsız olduğunu bildirib.

AFRICOM komandiri, general Stephen Tovnsend, hava hücumundan müdafiə sistemləri operatorlarının PUA-ya atəş açmamışdan qabaq ABŞ tərəfindən idarə edildiyini bilmədiklərini düşündüyünü söyləyib.

"Ancaq indi kim olduqlarını bilirlər və onları geri qaytarmaq istəmirlər. PUA-nın harada olduğunu bilmədiklərini deyirlər, amma mən buna inanmıram”, - deyə general qeyd edib.

ABŞ-a görə hava hücumundan müdafiə sistemləri ya Rusiya ordusunda çalışan muzdlular tərəfindən, ya da Xəlifə Hafterin rəhbərlik etdiyi Liviya Milli Ordusu tərəfindən vurulub.

"VOA”-ya ("Amerikanın Səsi”) görə, Rusiya muzdluları Hafterin adından istifadə edərək, bölgədə əməliyyatlar keçirir. Moskvanın Liviyada artan gücünü ortaya çıxara biləcək bu olay Rusiyanın ABŞ-a qarşı təxribatından başqa bir şey deyil.

Bundan başqa Liviyanın beynəlxalq arenada tanınan və milli hökümətə bağlı olan səlahiyyətlisinin  "Reuters” agentliyinə verdiyi açıqlamaya görə, bu hadisədə birbaşa rus muzdluları məsuliyyət daşıyır.

Hökumətin ABŞ-la münasibətlərdən məsul şəxsi Məhəmməd Əli Abdallah "Reuters”ə yazılı açıqlamasında bildirib ki, ABŞ-a aid pilotsuz uçuş aparatının paytaxt Tripolidən 65 kilometr cənub-şərqində, Hafterin hakimiyyəti illərində Tarhuna bölgəsinə qəzaya uğrayıb. Abdallah Liviya Milli Ordusunda 1400-dən çox muzdlu rus əsgərin döyüşdüyünü də qeyd edib.

Barışıq hökuməti ilə əlaqəli hərbi rəsmilər və Qərb diplomatları da Liviyada rus muzdlularının olduğunu təsdiqləyirlər.

Rusiya rəsmiləri isə bu iddiaları rədd edirlər. Rəsmilərin açıqlamalarında bildirilib ki, döyüşlərdə iştirak edən Rusiya vətəndaşı olsa belə, bu onların şəxsi seçimidir. Onlar könüllü olaraq həmin döyüşlərə qatılırlar və Rusiya höküməti burada heç bir məsuliyyət daşımır.

Oxşar xəbərlər