Çində 4,5 maqnituda gücündə zəlzələ olub

  • 05 dek 2019, 08:10

Çinin Tanşan şəhərində 4,5 maqnituda gücündə zəlzələ olub.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, 1976-ci ildə baş verən zəlzələ nəticəsində bu şəhər tamamilə dağılmışdı.

Bildirilir ki, zəlzələ yerli vaxtla 8:02-də baş verib.

Təbii fəlakətin episentri 10 km dərinlikdə yerləşib.

Oxşar xəbərlər