ABŞ səfirliyinin əməkdaşları İslam dinini təhqir etdilər: Rəsmi açıqlama + VİDEO

  • 24 noy 2019, 14:09

ABŞ-ın Ankaradakı səfirliyi, Adana Konsulluğunun əməkdaşları tərəfindən çəkilən görüntülərlə bağlı açıqlama verib.

Bu barədə "Star”a istinadən xəbər verir.

Səfirlik şəxsi məqsədlər üçün çəkilən videonun heç bir şəkildə ABŞ hökumətinin rəsmi fikirlərini əks etdirmədiyini vurğulayıb.

ABŞ-ın Adanadakı Konsulluğunun iki türk işçisi, C.G. və C.Y., (adlar açıqlanmır) halloveen şənliyi zamanı paylaşdıqları videodan sonra polis tərəfindən saxlanılıblar.

Barələrində "kin, düşmənçiliyə təhrik və təhqir” maddəsi ilə cinayət işi açılan konsulluğun hər iki əməkdaşı Adana polis idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıblar.

Adana Baş Prokurorluğu iddialarla bağlı yazılı açıqlamasında sosial mediada yayımlanan bu videodan sonra istintaqın başladıldığını bildirib.

ABŞ səfirliyi sözügedən video ilə bağlı açıqlama verib.

Təhqir və sayğısızlıq...

C.G. və C.Y-nin dini inanclara hörmətsizlik etdiyi vurğulanan açıqlamada bildirilib ki, ABŞ kökuməti yayılan görüntülərə görə dərin təəssüf hissi keçirir: "Türkiyə Respublikası vətəndaşı olan iki əməkdaşımızın təhqir və söyüş yağdırdığı həmin görüntülərin sosail mediada yayılmasının fərqindəyik. Əməkdaşlarımızın dini etiqadlara hörmətsizlik etdiyini və təhqirlərə yol verdiyini məyusluqla etiraf edirik. Bildiririk ki, video şəxsi məqsədlər üçün çəkilib və heç bir şəkildə ABŞ hökumətinin fikirlərini əks etdirmir".

Videoda nə danışıblar?

31 oktyabr Halloveen bayramında çəkilən görüntülərdə qadın işçi C.G., "Dostlar, kanalımıza xoş gəldiniz. Sizlərin də görüyü kimi, bayaqdan günahlara batırıq. Lakin elə hesab etməyin ki, bu günahlardan qurtulmağın heç bir yolu yoxdur. Bu içki Məkkədən gəlir. Bunu içdikdən sonra bütün günahlarımızdan təmizlənmiş oluruq, dostlar. Bunu için, təmizlənin, sonra isə həyatınıza davam edin” – deyə zəmzəm suyunun olduğu şüşəni göstərir.

Görüntülərin davamında əlində spirtli içki şüşəsi olan saqqalı və başında müsəlman kişilərin namaz qıldığı zaman başlarına örtdüyü təkkə, əynində isə ərəblərin milli geyimi olan bir nəfər kişi "bunu da için” deyə qədəhləri göstərir.

Skandala səbəb olan həmin görüntüləri təqdim edirik./Musavat.com/


Oxşar xəbərlər