Rus səfirdən biabırçı Njde açıqlaması: “O, bizim...”

  • 22 noy 2019, 20:34

"Qaregin Njde mövzusu ortaq tariximizlə, İkinci Dünya müharibəsi tarixi ilə əlaqədardır. Bu məsələ olduqca incədir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Onun sözlərinə görə, bu gün siyasi və beynəlxalq kontekstdə tarixin yenidən yazılmasına, o zaman baş verənləri yenidən dəqiqləşdirməyə cəhdlər edildiyi ortadadır: "Bu məsələlər olduqca incədir”.

Ötən gün rus jurnalistlərlə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan Qaregin Njde ilə bağlı bir sualı cavablandıraraq, bu məsələnin Azərbaycanla münasibətlərin gündəmində olduğunu bildirib və məsələnin Rusiya ilə münasibətlərdə də mövcud olduğuna təəccübləndiyini deyib.

Bundan əvvəl, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev erməni cəlladın adının əbədliləşdirilməsinə sərt şəkildə etiraz etmişdi.

Ötən günlərdə isə vaxtilə Hiter Almaniyasına işləyən bir agent kimi SSRİ-də həbs olunmuş Njdenin Rusiyanın Krasnodarsk vilayətinin Armavir şəhərindəki abidəsi götürülüb.

Oxşar xəbərlər