“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan

  • 22 noy 2019, 01:30

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Zaqrebdə keçirilən Avropa Xalq Partiyasının qurultayında çıxış edib.

Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, o, çıxışında Ermənistanda demokratiya və konstitusiya normalarının pozulduğunu bildirib. İndiki populist insanların hakimiyyətə gəlməsində öz günahını da etiraf edərək qeyd edib ki, Paşinyan hökuməti heç bir inqilabi dəyişikliklər həyata keçirməyib: "Onda mənim bir məqsədim var idi - insan tələfatına yol verməmək və ölkəni təhlükəli zərbələrdən qorumaq. İl yarım əvvəl hakimiyyətə gələnlər ölkənin daxili və xarici siyasətinə heç bir inqilabi dəyişiklik gətirməyiblər. Əksinə, respublikada demokratiya və konstitusiya normaları kobudcasına pozulur. Məhkəmə hakimiyyətinin funksiyaları aşkar şəkildə iflic edilib, siyasi təqiblər baş alıb gedir. Dözümsüzlük və nifrət narahatlıq doğuracaq həddə çatıb”.

Sarkisyan bildirib ki, Paşinyana özünə sərf edən müxalifət lazımdır, Sarkisyan və Koçaryanı isə siyasətdən uzaq tutmağa çalışır.

Oxşar xəbərlər