İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır

  • 19 noy 2019, 21:09

İsveç "WikiLeaks"in qurucusu Culian Assanjın işi üzrə istintaqı dayandırır.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.

Qeyd edək ki, may ayında - Ekvadorun Assanjı siyasi sığınacaqdan məhrum edərək ölkənin Londondakı səfirliyində həbs etdirməsindən bir ay keçdikdən sonra İsveç prokurorluğu da zorlama ittihamı üzə "WikiLeaks"in qurucusu barəsində istintaqı bərpa etdiyini açıqlamışdı.

"WikiLeaks"dən bildiriblər ki, İsveç Assanja qarşı zorlama iddiaları əsasında istintaq aparmayacaq.

Oxşar xəbərlər