Gürcüstan parlamentinin qarşısında növbəti aksiya

  • 16 noy 2019, 23:11

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası önündə ikinci gündür etiraz aksiyası keçirilir.

Demokratik.Az"Report"a  istinadən xəbər verir ki, aksiyanın əsas tələbləri hökumətin istefası və proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Etirazçılar həmçinin müvəqqəti hökumətin yaradılması və Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsini də tələb edirlər.
Aksiya iştirakçıları tələbləri qəbul olunmayana qədər aksiyalara ara verməyəcəklərini bildiriblər.
Aksiyaya parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının üzvləri və tərəfdarları da qatılıb.
Parlamentin qarşısındakı Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Polis ərazidə ictimai asayişin qorunmasını təmin edir.

Oxşar xəbərlər